“Lukoyl” şirkətinin direktorlar şurasının sədri xəstəxana pəncərəsindən yıxılaraq həlak olub

Rusiyanın “Lukoyl” şirkətinin direktorlar şurasının sədri Ravil Maqanov müalicə aldığı xəstəxananın altıncı mərtəbəsindən yıxılaraq həlak olub.
Rusiya Prezidentinin İşlər İdarəsinin Mərkəzi Kliniki Xəstəxanası məlumatı təsdiqləyib. Yerli KİV-lərin yaydığı xəbərə görə, Ravil Maqanov xəstəxananın kardiologiya şöbəsində müalicə alırdı. Sentyabrın 1-də onun meyiti xəstəxananın həyətində tapılıb. R.Maqanovun intihar etdiyi ehtimal olunur.
Ravil Maqanov 1994-cü ildən “Lukoyl” neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2020-ci ildə direktorlar şurasının sədri vəzifəsinə təyin olunub. Ravil Maqanov Rusiyanın “Tatneft” şirkətinin baş direktoru və direktorlar şurasının üzvü Nail Maqanovun qardaşıdır.//AZƏRTAC