Avropa İttifaqının genişlənməsi prosesi artıq arxa plana keçib - Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu gün Aİ-nin genişlənməsi prosesi artıq arxa plana keçib, Aİ-nin gündəmini isə müəyyən ölkələrin dar siyasi maraqları formalaşdırır.

 M.Çavuşoğlu bunu Belqradda Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Monteneqro və Macarıstan nümayəndələrinin iştirak etdiyi Açıq Balkan Təşəbbüsü sammitinin iştirakçılarına müraciətində bildirib.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, genişlənmə vaxtilə Aİ-nin ən uğurlu siyasi təşəbbüslərindən biri olub.//Trend