İranda zəlzələ olub

İyunun 30-da Heydərabad stansiyasından 24 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 4,2 olan zəlzələ yerli vaxtla saat 12:53-də qeydə alınıb.