Xəzər dənizində balıqlar kütləvi tələf olur

Qazaxıstanın Manqistau vilayətinin ekologiya departamentinin əməkdaşları Xəzər dənizi sahillərində balıqların kütləvi şəkildə məhv olmasının səbəblərini araşdırır.

Bu barədə Qazaxıstanın qeyd olunan qurumu məlumat yayıb.

 Departamentin məlumatına görə, mütəxəssislər artıq kütləvi tələf olmanın qeydə alındığı hövzədən (Manqışlaq yarımadası, Fort Şevçenko şəhərinin sahili) müayinə üçün su nümunələri, həmçinin, bir neçə balıq leşini götürüb.

Bundan əvvəl sosial şəbəkələrin Qazaxıstan seqementində yerli sakinlər balıqların kütləvi tələf olmasını əks etdirən görüntülər paylaşırdılar.//Trend