Polşa Almaniyaya nota ünvanlayacaq

Polşanın xarici işlər naziri Zbiqnev Rau İkinci dünya müharibəsində ölkəyə vurulan ziyanın qarşılanması tələbi ilə nota imzalayıb.

Sənədin imzalanması Polşa televiziyası ilə canlı yayımlanıb.

Nazir həmin notanın Almaniya Xarici İşlər Nazirliyinə veriləcəyini bildirib.

Qeyd olunur ki, Polşa 1939-1945-ci illərdə Hitler aqressiyası nəticəsində Polşaya dəymiş maddi və qeyri-maddi zərərin təzminatı üçün məsələlərin tənzimlənməsini zəruri hesab edir.//Trend