Avropa kuboku: Şahmatçılarımız beşinci turda iştirak edəcəklər

Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda beşinci turda iştirak edəcəklər.

 "Vüqar Həşimov" komandası növbəti turda “Moravská Slavia Brno” (Çexiya) ilə qarşılaşacaq. Qadınların yarışında isə “Odlar Yurdu” İsrailin “Haifa-Nesher” komandasını sınağa çəkəcək.

Qeyd edək ki, kişi şahmatçılarımız ötən turda İsveçin “SK Rockaden” komandasını 4,5:1,5 hesabla məğlub ediblər. Qadın təmsilçilərimiz isə Polşanın “BGK KS Gwiazda Bydgoszcz” komandasına 1:5 hesabı ilə uduzublar.

Qeyd edək ki, "Vüqar Həşimov" komandası 4 turun nəticəsinə görə 6 xalla 8-18-ci, “Odlar Yurdu” isə 4 xalla 8-10-cu yerləri bölüşürlər.