İranda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin zabitinə hücum edən şəxs edam edilib

İranda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin zabitinə hücum edərək onu yaralayan şəxs edam edilib.

 Tasnim agentliyi xəbər verir ki, Möhsün Şekari adlı şəxs Tehranda kütləvi iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaralayıb.

Sentyabrın 16-da İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər ara vermir. 

İğtişaşlar nəticəsində çox sayda insan həlak olduğu bildirilir.