Şimali Koreya növbəti dəfə ballistik raketlər buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) dekabrın 18-də Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb.

Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketlərin Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən yerli vaxtla saat 11:13-də və 12:05-də buraxıldığı bildirilir.