ABŞ və Kanadada şaxtalı hava səbəbindən ölənlərin sayı 40-a çatıb

ABŞ və Kanadada arktik şaxta nəticəsində azı 38 nəfər ölüb.

BBCxəbər verir ki, rəsmi məlumata görə, ABŞ-da 34 nəfər həyatını itirib. Ən çox zərər Nyu-York ştatının Buffalo şəhərinə dəyib.

Kanadada isə Britaniya Kolumbiyası əyalətinin qərbində Merrit şəhəri yaxınlığında buz yolda avtobusun aşması nəticəsində dörd nəfər həlak olub.