DÜNYANIN XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ
Mühafizə olunan təbiət əraziləri onun təbii, mədəni və ya digər xüsusiyyətlərinə görə xüsusi qorunması tələb olunan ərazilərə deyilir. Mühafizə səviyyəsi hər bir dövlət və beynəlxalq təşkilatlardan asılı olmaqla müxtəlif ölkələrdə çoxlu sayda qorunan təbiət əraziləri mövcuddur. Nümunə olaraq milli parkları, qoruqları, yasaqlıqları, təbiət abidələrini və digər təbii obyektləri göstərmək olar. Hazırda dünyada 147 000-dən çox mühafizə olunan ərazi mövcuddur və bu rəqəm daim artmaqdadır. Mühafizə olunan ərazilər 19 300 000 kvadrat kilometrlik ərazini və ya planetimizin quru səthinin 13% - ni əhatə edir.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən altı kateqoriyadan ibarət mühafizə olunan təbiət ərazilərinin Beynəlxalq Təsnifatı işlənib hazırlanmış və təsdiq edilmişdir:
1. I A. Ciddi təbiət rezervasiyalarında ərazinin vəhşi təbiətində yalnız tədqiqat fəaliyyəti və mühafizə fəaliyyətinə icazə verilir.
2. I B. Vəhşi təbiət ərazisi. Bu ərazilər əsasən vəhşi təbiətin qorunması üçün idarə olunan ərazidir.
3. II. Milli parklar - ekosistemlərin qorunması məqsədilə idarə olunan və turizmlə uzlaşan mühafizə olunan ərazilərdir.
4. III. Təbiət abidələri - təbiət obyektlərinin və görməli yerlərin mühafizəsi
5. IV. Yaşayış yerlərinin və heyvan və bitki növlərinin qorunması məqsədilə idarə olunan təbiət əraziləri.
6. V. Mühafizə olunan yerüstü və dəniz landşaftları, onların mühafizəsi və istirahət.
7. VI. Nəzarət resursları ilə mühafizə olunan ərazilər - ekosistemlərin həzin istifadəsi.
1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Baş Konfransı YUNESKO 1975-ci ildə qüvvəyə minmiş "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında" Konvensiyanı qəbul etmişdir. 2016-cı ilin oktyabr ayına qədər Konvensiya 193 iştirakçı ölkə tərəfindən ratifikasiya edilmişdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq “Yer və İnsan” jurnalı planetimizdə mövcud olan ən seçmə xüsusi mühafizə olunan təbiət əraziləri barədə yazını hörmətli oxucularımızın nəzərinə təqdim edir.
DÜNYANIN MÜHAFİZƏ EDİLƏN ƏN MÜHÜM TƏBİƏT ƏRAZİLƏRİ
AVROPA
ALMANİYA
Lüneburqer-Xeyde (Lüneburq xam sahəsi) qoruğu; sahəsi 20 min ha-dır. 1936-cı ildə sıxyarpaqlı meşələrin, ekzotik kolluqların qorunması və həmçinin mədəniləşdirilmiş Saksoniya landşaftından istirahət və kurort zonası kimi istifadə etmək üçün yaradılmışdır. Təbiət abidəsi kimi XVIII əsrdə əkilmiş şam ağacları qorunur.
Nordfrizişers-Vattenmer Danimarka ilə sərhəddə, Almaniyanın şimalında, şimali Friz adaları rayonunda yerləşən qoruqdur, sahəsi 140 min ha-dır. 1974-cü ildə qumlu dayaz yerlərin, vattların və marşların - suda üzən və suyun yaxınlığında yaşayan quşların əsas toplanma yerləri - ekosistemlərinin qorunması üçün yaradılmışdır. Bu qoruq Vattenmer (20,7 min ha) və Rantum-Bekken (0,6 min ha) qoruqları ilə mühafizə olunan vahid təbii kompleks yaradır. Suitilərin yatdığı yerlər qorunur.
AVSTRİYA
Nöyzidlerze-Zevinkel Macarıstanla sərhəd ərazidə yerləşən qoruqdur; sahəsi 34,9 min ha-dır (2,9 min ha sırf qoruqdur). 1932-ci ildə dayaz Nöyzidl gölünün və onun sahilinin ekosisteminin qorunması üçün yaradılıb. Qoruğun bitkiləri qamış kolluqları, bataqlıq, çəmənlər və çöllərdir (puşta). Suda yaşayan quşların köçmə və yuvalama zamanı toplandığı sahələr xüsusilə qorunur. Su-bataqlıq yerləri beynəlxalq əhəmiyyət daşıyır. Biosfer qoruğudur.
BELARUS
Belovejsk sıx meşəliyi Polşa ilə sərhəddə yerləşən ovçu qoruq təsərrüfatıdır; sahəsi 87,5 min ha-dır. XIV əsrdən qorunur. 1940-cı ildən qoruq, 1957-ci ildən ovçu qoruq təsərrüfatı olmuşdur. Qoruğun bitki örtüyündə sıxyarpaqlı və şam ağacları çoxluq təşkil edir. Floranın tərkibində 898 növ var. Faunanın növ tərkibi: 59 məməli, 227 quş, 7 sürünən heyvan, 11 amfıbiya.
Berezin Minsk və Vitebsk vilayətlərində yerləşən qoruqdur; sahəsi 76,2 min ha-dır. 1925-ci ildə Verxneberezin ovalığının meşə-bataqlıq kompleksinin qorunması üçün yaranıb. Bitki örtüyündə şam, tozağacı meşəlikləri və bataqlıqlar çoxluq təşkil edir. Floranın tərkibində 778 növ var. Fauna 51 növ məməli, 217 növ quş, 5 növ sürünən heyvan, 10 növ amfibiyadan ibarətdir. Biosfer qoruğudur.
BOLQARISTAN
Pirin (Vixren) Bolqarıstanın cənub-qərbində yerləşən milli parkdır. Sahəsi 26,4 min ha-dır. 1952-ci ildə karst landşaftının və Pirin dağ massivinin dəniz səviyyəsindən 1100-2914 m yüksəkdə yerləşən göllərinin təbii kompleksinin qorunması üçün yaranıb. Bitki örtüyündə ağ şam ağacları, subalp və alp çəmənlikləri çoxluq təşkil edir. Faunası cüyürlərdən, dağ keçilərindən, boz ayılardan ibarətdir. Biosfer qoruğudur. Ümumdünya təbii irs sahəsinə aiddir.
BÖYÜK BRİTANİYA
Apper-Tisdeyi Milli Qoruğu; sahəsi 3,5 min ha-dır. 1963-cü ildə bataqlıqların və Tis çayının yuxarılarında yerləşən ekzotik kolluqların ekosistemlərinin qorunması üçün yaradılmışdır. Meşə bitkilərinin fraqmentləri və nadir bitki növlərinin yayılan yerləri qorunur. Mur-Xaus yasaqlığı ilə birgə biosfer qoruğunu təşkil edir.
Ben-Ey Milli Qoruğu; sahəsi 4,8 min ha-dır. 1951-ci ildə şam ağacları bitən yerlərin, xırdayarpaqlı meşələrin və Ben-Ey dağının yamaclarında, Lox-Mari gölünün sahilində bitən ardıc kollarının qorunması üçün yaradılmışdır. Faunanın tərkibi: maral, cüyür, meşə dələsi, boz qazdır. Biosfer qoruğudur.
Karnqorm Milli Qoruğu; sahəsi 25,95 min ha-dır. 1954-cü ildə Qrampian dağlarının təbii kompleksinin (tərkibində qayalar, daş töküntüləri, boş yerlər, seyrək şam meşələri və ardıc kolluqları var) qorunması üçün yaradılmışdır. Faunanın tərkibi: maral, cüyür, meşə pişiyi, tundra kəkliyi, berkut.
ÇEXİYA
Krkonoş Milli Parkı; sahəsi 38,5 min ha-dır (8,4 min ha qoruqdur). 1963-cü ildə ölkənin şimal-qərbində dağlıq landşaftın (dəniz səviyyəsindən 528-1602 metr hündürlükdə yerləşir) qorunması üçün yaradılıb. Bitki örtüyündə subalp və alp çəmənləri, küknar və fıstıq ağaclı meşələr çoxluq təşkil edir. Çox nadir və endemik növlər var. Faunanın tərkibi: sığın, qaban, cüyür, marmot və s.
DANİMARKA
Xesselyo Qərbi Zelandiya, Danimarkanın şərqində yerləşən qoruqdur; sahəsi 7,6 min ha, ondan 0,07 min hektarı qurudur. 1951-ci ildə suda üzən quşların, əsasən, qaqa və Şimal qağayılarının toplanma və yuvalama yerlərinin qorunması üçün yaradılıb.
ESTONİYA
Viydumyae qoruğu; sahəsi 1,19 min ha-dır. 1957-ci ildə Saaremaa adasında Kinqisepp rayonunda dəniz sahilinin landşaftının qorunması üçün yaradılıb. Şam ağaclarına qarışmış palıd ağacları ilə meşələr qorunur. Kifayət qədər zəngin florasının 670 növü var. Faunanın tərkibi: 30 növ məməli, 200 növ quş, 4 növ sürünən heyvan, 5 növ amfıbiyadır. Çoxlu nadir bitki növləri mövcuddur.
Laxemaas Milli Parkı; sahəsi 64,91 min ha-dır. 1971-ci ildə Baltik dənizinin yarımadalarında rekreasiyanın inkişafı və sahil landşaftının qorunması üçün yaradılıb. Valqeyıqi çayının vadisi, şam ağacı meşələri və sahilin ekosistemi qorunur. Karst landşaftları geniş təmsil edilib.
FİNLANDİYA
Lemmenyoki Milli Parkı; sahəsi 280 min ha-dır. 1956-cı ildə şimali tayqa landşaftlarının qorunması üçün yaradılmışdır. Bitki örtüyü şam ağacı meşələrindən və süpürgə kollarından ibarətdir. Faunanın tərkibi vəhşi şimal maralı, boz ayı, çığırğan qu quşu və qumennikdir.
FRANSA
Sevennı cənubi Fransada yerləşən milli parkdır; sahəsi 321,4 min ha-dır (237 min ha qorunan ərazidir). 1970-ci ildə təbii sıxyarpaqlı meşə fraqmentləri daxil olmaqla mədəni landşaftın qorunması üçün yaradılmışdır. Faunanın tərkibi: qunduz, nəcib maral, berkut, laçın və bayquşdur.
Ekren Fransanın şərqində yerləşən milli parkdır; sahəsi 270,4 min ha-dır. 1924-cü ildə (1973-cü ildən milli park) yuxarı Alp dağlarının ekosistemlərinin qorunması üçün (dəniz səviyyəsindən 800-4102 metr hündürlükdə yerləşir) yaradılmışdır. Bitki örtüyündə subalp və alp çəmənləri, iynəyarpaqlı və şamağacı meşələri (xovlu palıd), şamağaclarının kiçik kolluqları çoxluq təşkil edir. Faunası cüyürlərdən, dağ keçilərindən, marmotlardan və berkutlardan ibarətdir.
İRLANDİYA
Qlenva Milli Parkı; sahəsi 10 min ha-dır. 1975-ci ildə göllü, bataqlıqlı, süpürgə kolları bitən boşluqlu və palıd meşəlik fraqmentləri olan bakirə buzlaq landşaftının qorunması üçün yaradılmışdır. Faunaya daxildir: maral, cüyür.
İSVEÇRƏ
Enqadin Milli Parkı; sahəsi 16,9 min ha-dır. 1906-cı ildə Retiy Alplarının landşaftının (dəniz sahəsindən 1580-3174 m hündürlükdə yerləşir) qorunması üçün yaradılıb. Bitki örtüyündə daş dağıntıları, subalp və alp çəmənləri, iynəyarpaqlı ağaclı meşələr çoxluq təşkil edir. Faunanın tərkibi 30-dan çox növ məməlilərdən (dağ keçisi, cüyür, dələ, marmot və s.) və 60-dan çox növ yuvalayan quşlardan ibarətdir. Biosfer qoruğudur.
İSVEÇ
Vindelfyellen qoruğu; sahəsi 484 min ha-dır. 1974-cü ildə göllər, çaylar və təpəcikləri ilə birlikdə əhəngdaşı yaylasının dağ landşaftını qorumaq üçün yaradılıb. Şimali tayqa tipli küknar və tozağacı meşələri qorunur. Vəhşi Şimal maralının yaşayış yeridir.
İSLANDİYA
Skaftafedi Vatnayyöküdl buzlağının cənubunda yerləşən milli parkdır; sahəsi 50 min ha-dır. 1968-ci ildə göllü, çaylı, şəlaləli və təbii bitki fraqmentli (tozağacı meşələri, tundralar) buzlaq landşaftının qorunması üçün yaradılmışdır. Faunasında Şimal tülküsü və s. var.
İSPANİYA
Ayques-Tortes-i-Laqo-de-San-Maurisio Milli Parkı; sahəsi 22,4 min ha-dır. 1955-ci ildə Fransanın sərhədində Pireney dağlıq landşaftının (dəniz səviyyəsindən 1660-3000 metr yüksəklikdə yerləşir) qorunması üçün yaradılmışdır. Qorunan bitkilər: şam və küknar meşələri, subalp və alp çəmənlikləri, kolluqlar. Faunanın tərkibi: dağ keçisi, qaban, tetra quşu, kəkliklər.
Donyana (Koto-Donyana) Milli Parkı. Sahəsi 75,8 min ha-dır. 1963-cü ildə bataqlıqlarla və qum təpələri ilə Qvadalkvivir çay mənsəbinin və Aralıq dənizi sahilinin ekosistemlərinin qorunması üçün yaradılıb. Bitki örtüyü piniya, mantar palıd ağacları, ağıriyli ardıc kolları, çiyələk və püstə ağacları olan meşələrdən ibarətdir. Qorunan heyvanların arasında 50 növ məməli (meşə pişiyi, vaşaq, qaban, nəcib maral, xallı maral və s.) və 135 növ quş (durna, qızıl qaz və s.) var.
İTALİYA
Qran-Paradizo Milli Parkı ölkənin qorunan təbiət ərazilərindən biridir. Ölkənin su ərazisi qorunur (1856-cı ildən kral ovçuluq yerləri); sahəsi 70 min ha-dır. 1922-ci ildə Qray Alplarının buzlaq və qarlı dağ landşaftının (dəniz səviyyəsindən 1200-4061 metr hündürlükdə yerləşir) qorunması üçün yaradılıb. Bitkilər aləmindən alp və subalp çəmənlikləri, iynəyarpaqlı meşələr mövcuddur. Heyvanat aləmindən dağ keçisi, berkut və s. qorunur.
Stelvio Milli Parkı; sahəsi 137,0 min ha-dır. 1935-ci ildə buzlaqlı və dərin vadili Ortles dağ massivinin landşaftının (dəniz səviyyəsindən 650-3899 metr hündürlükdə yerləşir) qorunması üçün yaradılıb. Florası alp və subalp çəmənlikləri, iynəyarpaqlı meşələrdir. Heyvanat aləmindən boz ayı, nəcib maral, dağ keçisi, berkut və marmot qorunub saxlanılır.
MACARISTAN
Kişkunşaq Macarıstanın mərkəzində yerləşən milli parkdır. Ümumi sahəsi 31 min ha olan 6 ayrı-ayrı ərazidən ibarətdir. 1975—ci ildə Tissa və Dunay çaylararası yerlərin ekosistemlərinin qorunması məqsədilə yaradılmışdır. Bitki örtüyündə qamışlıq, rütubətli və şoranlaşmış çəmənlər və şamlıqlar çoxluq təşkil edir. Suda üzən quşların və dovdaqların toplanma və yaşama yerləri qorunur. Beynəlxalq əhəmiyyətli su-bataqlıq yerləridir. Biosfer qoruğudur.
Xortobad Macarıstanın şərqində yerləşən milli parkdır; sahəsi 52 min ha-dır. 1973-cü ildə şoran çöllərin və Xortobad çayının bataqlıqlarının nadir ekosistemlərinin - köçəri quşların toplanma yerləri və qədim macar qara mallarının təbii yem yerlərinin qorunması üçün yaradılmışdır. Beynəlxalq əhəmiyyətli su-bataqlıq yerləridir. Biosfer qoruğudur.
NİDERLAND
Eyerlandse-Qat (Zexonden) Milli Qoruğu; sahəsi 20 min ha-dır. 1947-ci ildə Vliland adasının akvatoriyasının, dayaz sularının və sahilinin qorunması üçün yaradılıb. Su və bataqlıq bitkiləri qorunur. Suda üzən və su ətrafında yaşayan köçəri quşların, həmçinin suitilərin yuvalama və toplanma yerləri qorunur.
NORVEÇ
Bürqefyell Milli Parkı; sahəsi 108,7 min ha-dır. 1963-cü ildə ölkənin mərkəzi rayonlarında göllərlə və çaylarla birgə (dəniz səviyyəsindən 401-1703 m yuxarı) dağ landşaftını qoruyub saxlamaq üçün yaradılmışdır. Buradakı bitki örtüyündə şam meşələri, nadir tozağacı meşələri, eyriağac meşəliyi, cırtdan tozağacı pöhrəliyi və söyüdlər üstünlük təşkil edir. Fauna heyətinə sığın, Sibir porsuğu, Şimal tülküsü, canavar, ağ kəklik, qazlar, ördəklər, bəyaz bayquşlar daxildir.
POLŞA
Kampinos Milli Parkı; sahəsi 22,1 min ha-dır. 1936-cı ildə Visla çayı vadisinin landşaftını qorumaq məqsədilə yaradılıb. Bitki örtüyü şam və şam-palıd meşələrindən, çəmənliklərdən və bataqlıqlardan ibarətdir. Heyvanat aləmindən: sığın, qara leylək və s. Tatrin Milli Parkı; sahəsi 22,1 min ha-dır. 1954-cü ildən Tatr dağ landşaftının (dəniz səviyyəsindən 800- 2499 metr hündürlükdə yerləşir) qorunması üçün yaradılıb. Bitkilər aləmi: alp və subalp çəmənlikləri, kolluqlar, iynəyarpaqlı və qarışıq meşələrdir. Heyvanat aləmi: alp marmotu, dağ keçisi, berkut, bayquş və qırmızı qanadlı tixedrom.
PORTUQALİYA
Peneda-Jereş Milli Parkı; sahəsi 70,3 min ha-dır. 1971-ci ildə Peneda və Jereşdə orta dağlıq massivinin və dərin Lima çayının landşaftının qorunması üçün yaradılıb. Bitki örtüyü palıd və şamağacı meşələrindən ibarətdir. Fauna tərkibi: cüyür, canavar, qaban, berkut, boz kəklik. Parkın ərazisində tarixi abidələr var.
RUMINİYA
Petezat Milli Parkı; sahəsi 20,0 min ha-dır (1,8 min ha qoruqdur). 1935-ci ildə dağlıq landşaftını (dəniz səviyyəsindən 784-2506 m yüksək) qorumaq üçün yaradılıb. Bitki örtüyü küknar, ağ şam və fıstıq ağaclı meşələrdən ibarətdir. Heyvanat aləmindən 50-dən çox məməli heyvan, 100-dən çox quş, bir neçə növ tetra quşu, toğlugötürən, berkut və qrif qorunur. Biosfer qoruğudur.
RUSİYA
Qafqaz qoruğu; sahəsi 282,5 min ha-dır. Krasnodar diyarında 1924-cü ildə Böyük Qafqaz sıra dağlarının qərb hissəsinin (3346 metrə qədər dəniz səviyyəsindən yüksək) ekosistemini qorumaq üçün yaradılıb. Aşağı qurşaqlarda fıstıq, palıd sıxyarpaq meşələr yerləşir. Yuxarı qurşaqlarda ağ şam və küknar meşələri, toz, şam və fıstıq əyri bitən ağaclı meşələr, rododendron kolluqları, subalp və alp çəmənlikləri yerləşir. Florası 1500 növdən çoxdur. Tərkibində çoxlu endemik növlər var. Faunası 63 növ məməli, 222 növ quş, 18 növ sürünən heyvan və 9 növ amfıbiyadan ibarətdir. Dağ keçisi, köpkər, boz ayı, cüyür, zubr vardır. Biosfer statuslu qoruqdur.
Zabaykal Milli Parkı; sahəsi 269,1 min ha, o cümlədən 37 min ha akvatoriyadır. Buryat Respublikası Baykal gölünün sahilində 1986-cı ildə təbiət komplekslərinin qorunması üçün yaradılıb. Barquzin və Sredinniy (Svyatoy Nos yarımadasında) sıra dağ landşaftları ilə təmsil olunub. Ərazinin 75%-ə qədərini sidr kolluqları, şam, küknar, ağ şam və tayqa meşələri ilə örtülmüş sıldırım dağ yamac landşaftları təşkil edir. Florasına 700 növ borulu bitki daxildir. Faunada 44 növ məməli, 241 quş, 3 sürünən, 3 suda-quruda yaşayan heyvan növü var. 50 növə qədər nadir onurğalı Rusiya və Buryatiyanın “Qırmızı kitab”larına salınıb. Parkda Baykal nerpasının yataqları yerləşir. Təbiət (qayalar, göllər, sahil qumsallıqları, adalar) və tarix (qədim qəbiristanlıqlar, bürünc və dəmir əsrinin məskənləri) abidələri qorunur.
Cuqcur qoruğu Xabarovsk vilayətinin şimalında yerləşən qoruqdur; sahəsi 913,7 min ha, o cümlədən 53,7 min ha Oxot dənizinin akvatoriyasıdır. 1990-cı ildə yaradılıb. Cuqcur dağ silsiləsinin mərkəzi hissəsində (dəniz səviyyəsindən 1400-1900 m hündürlükdə), sahil zolağında və Malmin adalarında yerləşir. Bitki örtüyündə qara şam, sidr kolluğu və dağ tundrası üstündür. Vadidə küknar meşəlik fraqmentləri mövcuddur. Flora və faunanın inventarlaşdırılması hələ bitməyib. Qorunan heyvan növləri: boz ayı, sibir porsuğu, qar qoçu, qara papaqlı marmot, daş Sibir xoruzu, balıq bayquşu, çay qaranquşu, dikuşa və s.
Sixote-Alin qoruğu; sahəsi 390,2 min ha-dır. Primorsk vilayət cənubunda Orta Sixote-Alin (dəniz səviyyəsindən 500-1600 m hündürlükdə) yamaclarında yerləşir və Yapon dənizinin sahil boyu fraqmentlərini əhatə edir. 1935-ci ildə Uzaq Şərqin cənubunun bakirə ekosistemini qorumaq üçün yaradılıb. Bitki örtüyü dağlara qalxdıqca sahil boyu çəmənliklər və kol pöhrəliyi, monqol palıdı meşəliyi, sidr-iynəyarpaq və sidr-ağ şam meşələri, daşlıq tozağacı əkililəri, sidr kol pöhrəliyi və dağ tundrasından ibarətdir. Qoruğun florası təxminən min növdür. Faunası Rusiya qoruqlar sistemində ən zənginlərindən biridir. 60 növdən artıq məməli, 375 quş, 9 sürünən heyvan, 6 amfıbiya növü var. Qorunan növlər arasında amur pələngi (ən iri qorunan populyasiya), xarza, ağ sinəli ayı, dikuşa, balıq yapalağı, mandarinka, ağ quyruqlu dəniz qartalı var. Biosfer statuslu qoruqdur.
UKRAYNA
Askaniya-Nova Ukraynanın ən qədim qoruğudur; sahəsi 11,05 min ha-dır, o cümlədən 1,5 min ha xam torpaqlar təşkil edir. Bu qoruq Xerson vilayətində 1874-cü ildən qorunan F.Fals-Feyn malikanəsinin xam torpaq sahəsinin, şınmlı topal-ağotlu çöllərin qorunması üçün 1898-ci ildə yaradılıb. Floranın tərkibində 460 növ var. Faunanın tərkibi: 23 növ məməli, 22 növ yuvalayan quş, 6 növ sürünən, 3 növ suda-quruda yaşayanlardır. Qoruqda dendrari, süni göllər, ekzotik heyvan növləri olan heyvanxana (dəvəquşu, zebr, müxtəlif antilopların növləri) var.
Dunay cillikləri Odessa vilayətində yerləşən qoruqdur; sahəsi 14,52 min ha-dır. 1973-cü ildə Qara dəniz qoruğunun filialı kimi yaradılıb, 1981-ci ildən sərbəst qoruq kimi işləyir. Cilliklərin ekosistemləri: adalar, çayın qolu, suda üzən quşların yuva salma və köçmə yerləri olan Dunay deltasının sahilində bitən qamış kolları qorunur. Floranın tərkibində 563 növ var. Faunanın tərkibi: 21 növ məməli, 224 növ quş, 11 növ suda-quruda yaşayanlar və 3 növ sürünənlər. Beynəlxalq əhəmiyyətli su-bataqlıq yeridir.
SERBİYA
Fruşka Qora Milli Parkı; sahəsi 22 min ha-dır. 1960-cı ildə Dunay çayının sağ tərəfində təbii adalı dağ massivinin landşaftının qorunması üçün yaradılıb. Sıx yarpaqlı meşələr qorunur.
YUNANISTAN
Mikra-Prespa Milli Parkı; sahəsi 19,5 min ha-dır (4,9 min ha qoruq). 1974-cü ildə Mikra-Prespa və Prespa göllərinin ekosistemlərinin qorunması üçün yaradılmışdır. Qorunan obyektlərin siyahısına ağıriyli ardıcın kolluqları və qamışlıqlar, suda üzən quşların, həmçinin boz və cəhrayi qutanların, su samurunun toplanma yerləri daxildir. Beynəlxalq əhəmiyyətli su-bataqlıq yerlərinin, tarixi abidələrin qorunması həyata keçirilir.
ASİYA
ÇİN
Canbayşan Çinin şimal-şərqində yerləşən qoruqdur; sahəsi 217,24 min ha-dır. 1960-cı ildə KXDR ilə sərhəddə çoxsaylı gölləri, şəlalələri, isti bulaqları özündə cəmləşdirən Canbayşan (2744 m-dək dəniz səviyyəsindən yüksəklikdə) yaylasının dağlıq landşaftının qorunub saxlanılması üçün yaradılmışdır. Praktiki olaraq bitki örtüyündə bütün hündürlük qurşaqları təmsil olunmuşdur; sıxyarpaqlı, qarışıq və iynəyarpaqlı meşələr, seyrək meşəliklər, subalp sərili kolluqları, Alp çəmənlikləri və tundralar vardır. Qorunan fauna obyektlərindən Ussuriya pələngi, su samuru, xallı maral ən çox maraq doğurur. Biosfer qoruğudur.
Ulun (Vençuan-Ulun) Çinin mərkəzində, Sıçuan əyalətində yerləşən qoruqdur; sahəsi 200 min ha-dır. 1975-ci ildə Mintsən çayının yuxan axarında və Tsüylayşan dağ silsiləsinin yamaclarındakı Şərqi Tibetin (6250m dəniz səviyyəsindən yüksəklikdə) dağlıq ekosistemlərinin qorunub saxlanması məqsədilə yaradılmışdır. Bitki örtüyündə subtropik həmişəyaşıl sıxyarpaqlı, iynə sıxyarpaqlı, iynəyarpaqlı meşələr (o cümlədən subalp iynəyarpaq seyrək meşəliklər), rododendron kolluqları çoxluq təşkil edir.
HİNDİSTAN
Bandipur Milli Parkı Karnataka ştatında yerləşir (1973-cü ildən milli parkdır); sahəsi 87,42 min ha-dır. 1941-ci ildə ölkənin cənubunda Nilqiri dağ massivindən ayrılan qolun təbiətini qorumaq üçün yaradılmışdır. Quru xəzanlı hind palıdı, qarışıq, seyrək savanna meşəli, çay sahili boyu və bataqlıqlaşmış aşağı yerlərdə bitən hündür otlaq və bambuk kolluqları ilə alçaq dağ landşaftı təmsil edilib. Zəngin faunası qorunur: fil, dodaqlı ayı, pələng, bəbir, maral (zambar, aksis, muntjak və xallı maralcıq), quar və qırmızı canavar. Bir çox sürünən heyvan növləri, o cümlədən piton qorunur.
Qir meşəsi (Qir Forest) Qucarat ştatı, Katxiyavar yarımadasında yerləşən milli parkdır; sahəsi 141,21 min ha-dır. 1965-ci ildə ölkənin qərb sahillərində nadir Asiya faunasının məskunlaşdığı yerlərin qorunması üçün yaradılmışdır. Quru xəzanlı tik, bosveliya və fikuslar ilə qarışıq meşəli, habelə həmişəyaşıl tropik subasar meşəli, dənizyanı təpəli düzənliyin landşaftı qorunur. Asiya şirinin məskunlaşdığı yer dünyada yalnız bu parkda qorunur. Dodaqlı ayı, bəbir, kaftar, dördbuynuzlu antilop, maral (zambar, aksis), tovuz quşu, müxtəlif növ tutuquşu, bataqlıq timsahı və başqaları vardır.
Kaziranqa Milli Parkı Assam ştatında yerləşir; sahəsi 42,99 min ha-dır (bufer zonası 16,83 min ha). 1908-ci ildə Braxmapudra çayının alçaq sol sahili boyunca yerləşən Nauqonq və Sibsaqar şəhərlərinin ətraflarında yaradılmışdır. Bataqlıq, qamış və su (su giasinti) bitkiləri ilə zəngin tropik çaybasar landşaftları, savanna fraqmentləri və kserofıl seyrək meşələr üstünlük təşkil edir. Son dərəcə zəngin fauna qorunub saxlanılır, o cümlədən benqal pələngi, bəbir, hind fili, kərgədan, barasinqa maralı, həmçinin bütün növ su quşları.
Kanxa (Bancar-Valli) Milli Parkı, Madxya-pradeş ştatındadır; sahəsi 149,9 min ha-dır. 1900-cü ildə Bancar çayının yuxarı axarında Maykal dağ silsiləsinin dağ ətəyində yaradılan Hindistanın ilk xüsusi qorunan ərazisindədir (dəniz səviyyəsindən 500-900 m yüksəklikdə yerləşir). Göl-təpəlik alçaqdağlıqların landşaftı qorunub saxlanır. Bitki aləmi müxtəlif növ akasiya, bambuk və qrassland, sal cəngəlliklərlə və kserofıl seyrək meşələrlə təmsil olunub. Heyvanat aləmi müxtəlif növ quşlar və məməlilərlə təmsil olunub, onlardan benqal pələngi, bəbir, qırmızı canavar, marallar (barasinqa, zambar, aksis) və quarm qorunması daha əhəmiyyətlidir. Korbett Milli Parkı, Uttar-Pradeş ştatındadır; sahəsi 52,55 min ha-dır. Bu 1935-ci ildə yaradılan ilk milli parkdır. Relyef çoxtəpəlidir (çoxluq təşkil edən hündürlüklər 400-900m dəniz səviyyəsindən yüksək), daimi və müvəqqəti (yağışlar zamanı əmələ gələn) sututarları mövcuddur. Kserofil və seyrək meşələr, həmçinin çaylaq kolluqlar və bataqlıqlar çoxluq təşkil edir. Flora Asiyanın quru subtropik meşələri üçün tipikdir. Faunanın tərkibində nadir və getdikcə nəsli kəsilən növlər çoxdur, o cümlədən benqal pələngi, bəbir, dodaqlı ayı, sivetta, həmçinin 400 növdən artıq quş, unikal sürünən növlər (bataqlıq timsahı, pələng pitonu) və s.
TÜRKİYƏ
Bəydağları Milli Parkı Antalya şəhərindən təxminən 40-50 kilometr qərbdə Tavr dağlıq vilayətinin Bəy (Bəydağları) silsiləsi ilə Aralıq dənizi arasında yerləşir. Parkın böyük hissəsi üç təbii zolağı - sahil meşələrini, iynəyarpaqlı dağ meşələrini və alp çəmənlikləri əmələ gətirən dərələri və yaşıl meşə massivləri olan Bəydağları massivini əhatə edir. Bundan əlavə, parkın ərazisində təbii qaz çıxışı olan Kəmərə, Beldibi, Göynük, Kiriş, Cəmyuva və Təkirova kurort zonaları, bir neçə ada, Demre (Dünya), Olimpos, Finike və Faselis arxeoloji əhəmiyyətli sahələr, eləcə də Tekirovda qızılbalıq ferması vardır. Qoruğun ərazisində 370 - dən çox ali bitki növü, 80-dən çox məməli heyvan, 110 növ quş və 90 növ sürünən, o cümlədən dəniz tısbağası yaşayır.
Görəmə Milli Parkı və Kapadokiyanın Qayaliq Bölümləri Üçhisardan 3 km şimal-şərqdə yerləşir və açıq səma altında 300 kv.km sahəsi olan əsl muzeydir. Parkın ərazisində qayalıqda çoxsaylı məbədlər yerləşən komplekslər, 6 qədim məbəd, iyirmidən artıq qədim yaşayış məskəni və muzey kompleksi vardır. Qorqundərə vadisinin ətraf rayonları ilə birlikdə Görəmənin bütün ərazisi YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.
Köprülü Kanyon Milli Parkı Antalyanın 48 km şərqində, qədim Aspend şəhərinin yaxınlığında yerləşir. Bu geniş (500 hektardan çox) ərazinin əsas bəzəkləri füsunkar Köprülü dərəsi, Oluk və Boğrum Roma körpüləri, eləcə də Müasir Zerk kəndi yaxınlığında, yüksək dağlıq ərazidə yerləşən qədim Zelge şəhərinin xarabalıqları və ya Altınkaya hesab edilir. Buradakı sərv ağacları, evkalipt, püstə və sidr ağaclarının gövdələrində 100 - dən çox unikal quş növü yaşayır.
Quş gölünün Quş Qoruğu Dənizkənarı Bandırma şəhərindən 18 km cənub-şərqdə başlayır. 1938-ci ildə Kocaçay və Qaradərə Delta əyalətləri, habelə gölün şimal-şərq hissəsində bataqlıq sahələri qoruq elan edilmiş və o vaxtdan etibarən onlar bütün Avropadan cənuba köç edən quşların miqrasiyası yolunda mühüm aralıq məntəqələrdən birinə çevrilmişdir. Parkı ziyarət etmək üçün ən yaxşı dövr noyabr (ilk payız yağışlarından sonra) və aprel-may aylarında, bu ərazidən təxminən 239 növə qədər üç milyon quşun uçduğu zaman hesab olunur.
Antalyanın 20 km şimal-qərbində, Darım dağının ətəyində (1557 m), Düzlərşamın nadir meşə maralı və dağ keçilərini mühafizə edən dağ parkı uzanıb. Bundan başqa, bu regionda Gök kurqanını, bir neçə dərin kanyonunu, flora və fauna Muzeyi ilə Güllük təbii parkını və bir çox mağaraları da görmək mümkündür.
Pamukkale Milli Parkı bütün dünyada tanınır və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Çoxsaylı termal bulaqlardan (suyun temperaturu +30-450 c) toplanmış doymuş kalsium bikarbonatlı onlarla axınlar yamaclardan süzülərək qar kimi ağ travertin terrasları əmələ gətirir. Bir çox əsrlər ərzində bu ağ “örtük” bütün yamacı bürüdü və indi Pamukkale həqiqətən qurumaq üçün nəhənglər tərəfindən sərilmiş böyük bir pambıq dağını xatırladır.
Uludağ Milli Parkını Türkiyənin ən qeyri-adi təbiəti mühafizə zonası hesab etmək olar. Ölkənin ən iri şəhərlərindən biri olan Bursa şəhərindən cəmi iyirmi kilometr məsafədə yerləşən Uludağ dağ massivi (2500-2551 m.), demək olar ki, sıx iynəyarpaqlı meşələrlə örtülmüşdür. Bu yerin təbii şəraiti kifayət qədər qeyri-adi deyil - havanın orta illik temperaturunda +16 dərəcə, noyabrdan aprel ayına qədər burada, özü də ayrı-ayrı illərdə üç metrə qədər qar yağır! Parkda 320 - dən çox bitki növü, o cümlədən 20-yə yaxın nəsli kəsilməkdə olan, 90-dan çox quş növü, o cümlədən 20 yırtıcı quş növləri, 400-dən çox həşərat növü yaşayır ki, onların arasında nadir kəpənəklərin 16 növü, o cümlədən parnassius apollo (Parnassius apollo) vardır.
İNDONEZİYA
Qununq-Löser Şimali Sumatra adasında milli parkdır; sahəsi 946,4 min ha-dır. 1934-cü ildə adanın dağlıq hissəsində, dəniz səviyyəsindən 3466 m-dək yüksəklikdə yaradılıb. Yüksək otlaqlar, kolluqlu savanna, rütubətli tropik və subtropik meşələr və kolluqlar ilə hündürlük qurşaqlarının landşaftları təmsil olunub. Ağaclıq tərkibində yüzlərlə ağac və kol bitkiləri qeydə alınıb. Flora müxtəlifliyinə görə park dünyada aparıcı yerlərdən birini tutur. Fauna həmçinin yüksək müxtəlifliyi ilə seçilir. Burada 105 növ məməli, 313 növ quş və təxminən 100 növ amfıbiya və sürünənlər qeydə alınıb. Meşələrdə dünyada ən iri oranqutan və Sumatra kərgədanı, bozumtul bəbir və başqaları qorunur. Park özündə bir neçə qoruq cəmləşdirib: Kluet, Sikundur, Cənubi və Qərbi Lanqkat, Qununq-Vingelmina.
Lorents Yeni Qvineya adasının qərb hissəsində yerləşən iri qoruqdur; sahəsi 2150 min ha-dır. 1919-cu ildə İriancan əyalətində yaradılıb. Adanın nadir təbii kompleksləri düzənlik və dağlıq hündürlük qurşaqlarının landşaftlarının bütün müxtəlifliyini özündə cəmləşdirir (manqra zolaqlarından Cay dağının zirvəsinə qədər, dəniz səviyyəsindən 5029 m yüksəklikdə). Dağlıq tropik meşələri geniş təmsil olunub. Onurğalıların faunası xüsusilə zəngindir. Məməlilər (bəbir, meymunlar, lemurlar), quşlar (nikobar göyərçini, qara və ağ kakadu, cənnət quşları və başqaları) və sürünənlər vardır.
İORDANİYA
Azrak Milli Parkı; sahəsi 525 min ha-dır. 1965-ci ildə səhranın ortasında quruyan gölün sahilləri boyu əmələ gələn təbii oazisin ərazisində yaradılmışdır. Səhra ilə əhatə olunan, kol (tamarikslər, püstə və başqaları) və ot bitkiləri (qamış, qarğı, su qamışı, cığ və başqaları) ilə zəngin su-bataqlıq kompleksi qorunur. Parkda 200 növə qədər quş məskunlaşır, o cümlədən qəşəng-dovdaq. Suda yaşayan quşların çox növü köçmə və qışlama zamanı burada toplanırlar. Beynəlxalq əhəmiyyətli su-bataqlıq yerləridir. Dırnaqlı heyvanların nadir növlərinin (oriks, ahu) saxlanılması üçün parkın ərazisinin 33 min ha sahəsində Şaumari qoruğu yaradılmışdır.
İRAN
Kevir Milli Parkı; sahəsi 700 min ha-a yaxındır. 1964-cü ildə Böyük Duz səhrasının və Dəryaçeye-Nemek duz gölünün qərb regionlarında yaradılmışdır. Saksaul və tamariks kolluqlu şoran-yovşanlı tipik səhra landşaftları qorunur. Səhralar üçün tipik olan faunaya malikdir. Məməlilərdən qulan, ceyran, adi ahu, gepard, karakal, quşlardan qəşəng dovdaq qorunurlar. Biosfer qoruğudur.
Turan ölkənin ən iri qoruqlarından biri olub, sahəsi 431,25 min ha-dır. 1972-ci ildə Böyük Duz səhrasında, o cümlədən dağlıq sahələrdə (600-2281 m dəniz səviyyəsindən yüksəklikdə) yaradılmışdır. Kserofil kol və ot bitkili tipik səhra və dağ-çöl landşaftları təmsil olunub. Tərkibində zolaqlı goreşən, bəbir, karakal, gepard, ceyran, qulan və başqalarının adı olan zəngin faunası var. Biosfer qoruğudur.
KAMBOCA
Kulen-Promtep ölkənin ən iri qoruqlarından biridir. Sahəsi 1460 min ha-dır. Cənub-Şərqi Asiyanın meşələrinin qorunması məqsədilə yaradılmışdır. Həmişəyaşıl tropik meşələr qorunur. Florası çoxsaylı növ səhləb çiçəkləri və bir neçə yüz ağac növünü özündə cəmləşdirir. Fauna dımaqlılar, meymunlar (məsələn, gibbon), lemur, ağac dələsi, qırmızı canavar və başqaları ilə təmsil olunur.
MALAYZİYA
Taman-Neqara (Kral V Georq) Milli Parkı Malayyada (Qərbi Malayziya) Paxanq, Kelentan, Trenqanu rayonlarını əhatə edən milli parkdır; sahəsi 434,34 min ha-dır. Paxanq çayının mənbəyində Malakka yarımadasının mərkəzi hissəsinin dağlıq massivində 1938-ci ildə yaradılmışdır. Rütubətli tropik meşələr qorunub saxlanılır. Palmanın nadir növünə - hündüryarpaqlı yoxannesteycsmanniyaya rast gəlmək olar. Faunanın tərkibində hind fili, sumatra kərgədanı, zambar, tapir, quar, malay pələngi, bəbir və başqaları təmsil olunub.
Endayu-Kota Tingi. Coxor əyalətində Malayyanın (Qərbi Malayziya) cənub qurtaracağında yerləşən qoruqdur. Sahəsi 227,40 min ha-dır. 1965-ci ildə Endau çayının vadisində yaradılmışdır. Rütubətli tropik dipterokarp meşələri ilə zəngin sahilyanı zolağın düzənlik landşaftları təmsil olunur. Məməlilərin, o cümlədən meymunların (gibbon, oranqutan və başqalan), sürünən heyvanların nadir növləri və bir neçə yüz növ quş mühafizə olunur.
MONQOLUSTAN
Böyük Qobi qoruğu dünyanın ən böyük qoruqlarından biri olaraq Monqolustanın qərbində, Çinlə sərhəddə yerləşir; sahəsi 4,3 mln ha-a yaxındır. 1975-ci ildə Kobdos, Qobi-Altay və Bayan-Xonqor aymaklarının (rayonlarının) ərazisində yaradılmışdır. Nadir səhra və dağ-çöl landşaftları qorunub saxlanılır. İlk növbədə, ona görə ki, bunlar Mərkəzi Asiya səhra faunasının nadir növlərinin: vəhşi dəvə, qulan, ceyran, otyığan yeyən ayı, Sibir dağ keçisi, qəşəng dovdaq və başqalarının məskəni hesab olunur.
TAİLAND
Kxauyay Milli Parkı; sahəsi 216,88 min ha-dır. 1947-ci ildə Danqrek dağ silsiləsinin qərb hissəsində nadir tropik ekosistemlərin qorunması üçün yaradılıb. Bitki aləmi dağlıq həmişəyaşıl palıd, qarışıq xəzan, yağmurlu tropik meşələrlə, həmçinin qırılmış meşələrin yerində bitmiş qamış kolları və dənli bitkilərlə təmsil olunmuşdur. Burada pələng, fil, bəbir, marallar və 200 növdən artıq quş yaşayır.
Txunqyaynaresuan Milli Parkı; sahəsi 336 min ha-dır. 1974-cü ildən alçaq dağların (dəniz səviyyəsindən 250-1300 m yüksək) ekosistemi qorunur. Bitki aləmi qarışıq xəzan meşələrlə, həmçinin qırılmış meşələrin yerində bitmiş bambuk cəngəllikləri və quru dipterkarp meşəlikləri ilə təmsil olunmuşdur. Qorunan fauna nümayəndələri arasında pələng, makakalar, gibbon, marallar var.
VYETNAM
Kuk-Fıonq Vyetnamın şimalında yerləşən qoruqdur; sahəsi 25 min ha-dır. 1962-ci ildə Cənub-Şərqi Asiyanın şimal sərhədində bakirə tropik meşələrin ekosistemlərinin qorunması və yayılması üçün yaradılmışdır. Rütubətli tropiklərin əhəngli dağ landşaftı təmsil edilib. 1850 növ ali borulu bitkilər, o cümlədən 350-dən çox ağac-kolluq növləri qorunur. Son dərəcə zəngin faunaya malikdir: 70 növ məməli, 159 növ quş, 30 növ sürünən heyvan və 12 növ amfıbiya vardır. Fudziyama - Yaponiyanın simvolu.
YAPONİYA
Nikko Milli Parkı; sahəsi 140,7 min ha-dır (onlardan 10 min ha qoruqdur). 1934-cü ildə Xonsyu adasında yaradılıb. Çoxsaylı krater gölləri, böyük və kiçik çaylar, bulaqlar və şəlalələrlə zəngin mədəniləşdirilmiş vulkanik landşaftı (dəniz səviyyəsindən 300-2578 m yüksəklikdə) qorunub saxlanılır. Dağ ətəkləri sıxyarpaqlı meşələrlə zəngindir, az hündürlükdə - dağ yamaclarında iynəyarpaqlı meşələr, subalp kolluqlar, alp çəmənlikləri yerləşir. Sakit okean sahilinə və adalara xas olan flora və fauna qorunub saxlanılır. Məməlilərdən ağ sinəli ayı, yapon makakı, xallı maral, quşlardan isə yaşıl və mis rəngli qırqovul, yapon birəbitdon quşu və başqaları mühafizə olunurlar. Parkın ərazisində çoxlu məbəd və ziyarətgah vardır.
Fudzi-Xakone-İdzu Milli Parkı; sahəsi 123,16 min ha-dır (onlardan 7951 ha qoruqdur). 1936-cı ildə Xonsyu adasında yaponlar üçün müqəddəs sayılan Fudziyama dağının (3776 m dəniz səviyyəsindən yüksəklikdə) ətrafında, həmçinin ona bitişik olan Xrkone dağının, İdzu yarımadasının və dəniz kənarında yerləşən yeddi kiçik adanın ətrafındakı təbii-tarixi kompleksin qorunub saxlanması üçün yaradılıb. Yamaclarda bitən təbii iynəyarpaqlı və xəzan olan sıxyarpaqlı meşə və kolluqlar fraqmentləri ilə zəngin olan mədəniləşdirilmiş landşaft çoxluq təşkil edir. Nadir növ möhkəmyarpaq rododendron qorunur. Fauna Yaponiya meşələri üçün adi olan sakinlərlə və müxtəlif növ quşlarla təmsil olunub.
Sikotsu-Toya Milli Parkı; sahəsi 98,66 min ha-dır (onlardan 21,32 min ha toxunulmazdır). 1949-cu ildə Xokkaydo adasında Sikotsu gölünün ətrafında vulkanik landşaftın qorunub saxlanılması üçün yaradılıb. Parkdakı "Vulkanlar muzeyi"ndə fəaliyyətdə olan və sönmüş vulkanlar (1893 m dəniz səviyyəsindən yüksəklikdə) təqdim olunub. Dağların aşağı qurşağında mədəniləşdirilmiş landşaft təmsil olunub. Bitki aləmi iynəyarpaqlı meşələr, kolluq sahələrindən ibarətdir. Fauna boz ayı, samur və tayqa meşələrinə xas olan başqa növlərlə zəngindir.
AVSTRALİYA VƏ OKEANİYA
Böyük Viktoriya səhrası (Şimali Nallarborn) qoruğu Qərbi Avstraliya ştatındadır. Avstraliyada ən iri qoruqdur; sahəsi 2495,78 min ha-dır. 1965-ci ildə şoran göl alçaltmaları, dağlıq qalıqlar, dağ silsilələri olan qum səhralarının ekosistemlərini qoruyub saxlamaq üçün yaradılmışdır. Bitki örtüyündə alçaq boylu akasiya və evkalipt cəngəllikləri, kenquru otları, ceyranotu, şoran sahələrdə isə şoranotu, soleros, koxiya və s. kolluqlar çoxluq təşkil edir. Faunanı gəmiricilər, dinqo iti, emu, tutuquşular və s. təmsil edir.
Fyordlend Yeni Zelandiyada milli parkdır; sahəsi 1223,7 min ha-dır (onlardan 11,7 min ha qoruqdur). 1904-cü ildə Cənub adasının dağlıq buzlaqlı landşaftlarının (2460 m-dək dəniz səviyyəsindən yüksəklikdə) qorunub saxlanılması üçün yaradılmışdır. Bitki örtüyü subalp çəmənlikləri və cənub fıstıq meşələri ilə təmsil olunub. Fauna introduksiya edilmiş Kanada vapitisi və nəcib Avropa maralı ilə təmsil olunub.
Kolbarri Avstraliya Milli Parkıdır. Qərbi Avstraliya ştatında yerləşir. Sahəsi 186,1 min ha-dır. 1963-cü ildə okeanın sahilində yaradılmışdır. Merçison çayının dərin dəryasının və sahil zolağının təbiəti qorunub saxlanılır. Təbii örtüyün əsasını çaybasar hündür gövdəli meşələr, seyrək evkalipt meşəlikləri, vaxtaşırı ilin quraqlıq dövründə yanıb külə dönən banksiya və kazuarin kolluqları təşkil edir. Fauna çoxsaylı su quşları, emu, kenquru və s. ilə təmsil olunub.
Makuori adası Makuoridə (Avstraliya İttifaqı) yerləşən milli parkdır; sahəsi 12,8 min ha-dır. 1932-ci ildə subantarktik adanın təbii kompleksinin qorunub saxlanması üçün yaradılmışdır. Bitki aləmi dənli bitkilərlə təmsil olunub. Fauna dəniz filləri və dəniz quşları ilə təmsil olunub. 4 növ pinqvin, sahil qağayısı və albatroslar mövcuddur. Biosfer qoruğudur.
Maunt-Baffalo Avstraliyanın, Viktoriya ştatında milli parkdır. 1898-ci ildə Avstraliya Alplarında dərələr, qranit qayalar və daşlıq səpintili olan nadir dağ landşaftlarının qorunub saxlanması üçün yaradılmışdır. Bitki örtüyündə hündür gövdəli evkalipt meşələri və seyrək meşəliklər, boş yerlər və kolluqlar çoxluq təşkil edir. Floranın tərkibində 400-ə yaxın növ qeydə alınıb. Fauna 130-a yaxın növ quş (o cümlədən tutuquşu, liraquyruq), kenquru, yexidna və başqaları ilə təmsil olunub.
O-Le-Pupu-Pue Samoada milli parkdır; sahəsi 2,8 min ha-dır. Upolu adasının cənub sahilində 1978-ci ildə yaradılmışdır. Dağ meşələri, ağacaoxşar ayıdöşəyi və rütubətli tropik hündür gövdəli meşələrlə zəngin vulkanik yaylaların landşaftları qorunub saxlanılır. Mağaralarda çoxlu sayda gecə quşları, şebpərələr və yarasalar məskunlaşıb. Fauna 42 növ yuvalayan quşlarla təmsil olunub.
Rudall-River Qərbi Avstraliya ştatında yerləşir və Avstraliyanın ən iri milli parklarından biridir; sahəsi 1569,46 min ha-dır. 1977-ci ildə Böyük Qum səhrasının cənubunda yaradılmışdır. Çoxsaylı quruyan göllər və su axınları mövcuddur. Bitki örtüyündə yarımsəhra kolluqlu savanna çoxluq təşkil edir. Fauna Avstraliya səhraları üçün səciyyəvidir (məməlilərdən kenquru, dinqo iti, kisəli dələ, quşlardan vyurklar, gicitkənlik quşları, silviya quşları, emu və s. sürünənlərdən gekkonlar, molox kərtənkələsi, aqamlar, stsinklər, varanlar, pitonlar və s.).
Tonqariro Yeni Zelandiyada qədim milli parkdır; sahəsi 76,2 min ha-dır. 1894-cü ildə isti göllər və bulaqları olan Vellinqton adasındakı fəaliyyətdə olan (Nquaruxoe, Ruanexu) və sönmüş (Tonqariro) vulkanların ətraflarının nadir ekosistemlərinin qorunub saxlanılması üçün yaradılmışdır. Bitki fraqmentləri olan cənub fıstıq və kauri şam ağacı meşələri mövcuddur.
Varirata Yeni Qvineya-Papuada milli park; sahəsi 6,6 min ha-dır. 1963-cü ildə Astrolyabiya dağ massivi yamaclarının və yaylasının təbii kompleksinin qorunub saxlanması üçün yaradılmışdır. Bitki örtüyündə kazuarinlər, melaleuka və s. ilə evkalipt savannaları və yağışlı tropik meşələr çoxluq təşkil edir. Faunanı Avstraliya yexidnası, tutuquşular, ametist və yaşıl piton təmsil edir.
AFRİKA
CƏNUBİ AFRİKA RESPUBLİKASI
Kryuqer Afrikanın ən qədim milli parklarından biridir; sahəsi 1948,5 min ha-dır. 1898-ci ildə CAR-ın cənubunda park savannasının tipik landşaftını qorumaq üçün yaradılıb. Bitki örtüyü dənli bitkilərdən, seyrək və quru xəzan meşələrdən ibarətdir. Faunanın tərkibi: fil, begemot, ağ kərgədan, zürafə, 17 növ antilop, şir, bəbir, gepard, kaftarlar.
ÇAD
Uadi-Rime-Uadi-Aşim qoruğu. Dünyada ən böyük qorunan təbii ərazidir; sahəsi 7795 min ha-dır. 1966-cı ildə səhraların və yarımsəhraların qorunması üçün yaradılıb. Faunanın tərkibi: 40-dan çox məməli növü, o cümlədən antiloplar (addaks, oriks), ahular (lama, doraks), gepard, dəvəquşu, vəhşi quşlar.
EFİOPİYA
Sımen Milli Parkı; sahəsi 22,5 min ha-dır. 1969-cu ildə Afrikanın şimal-qərbində yerləşən yüksək dağların qorunması üçün yaradılıb (dəniz səviyyəsindən 2400-4623 m yuxarı). Bitki örtüyü dağlı səhralardan, yarımsəhralardan, savannalardan və ağacaoxşar süpürgə kollarının affoalp qruplaşmasından ibarətdir. Faunanın tərkibi: nubiy keçisi, efiop çaqqalı, bəbir, serval, müxtəlif vəhşi quşlar.
KAMERUN
Bubancida Milli Parkı; sahəsi 214 min ha-dır. 1947-ci ildə ölkənin şimalındakı ada dağları kompleksini qorumaq üçün yaradılıb. Bitki örtüyündə yarpağı yarı tökülən, tam tökülən və daim yaşıl qalan tropik meşələr çoxluq təşkil edir. Çayların ətrafındakı qalereya meşələri qorunur. Heyvanlardan qara kərgədan, fil, kəl, begemot, zürafə, kanna, bəbir, gepard, timsah qorunur.
KENİYA
Savo Milli Parkı; sahəsi 2082,1 min ha-dır. 1948-ci ildə yarımsəhra yaylaların və təpəli vulkan düzənliklərinin qorunması üçün yaradılıb. Bitki örtüyü tikanlı kolluqlardan, baobablardan, ağacaoxşar südləyənlərdən, akasiyalardan və dənli bitkilərdən ibarətdir. Heyvanlardan qara kərgədan, fil, şir, begemot, antilop və 450 növ quş qorunur.
KONQO
Lefini qoruğu; sahəsi 650 min ha-dır. 1951-ci ildə Lefmi və Nambuli çaylarının arasında olan daşlı (qumdaşlı) yaylanın təbii kompleksinin qorunması üçün yaradılıb. Florası dənli bitkilərlə zəngin savannadan və quru meşələrdən ibarətdir. Faunanın tərkibi: bəbir, kəl, antilop, kaftar və çox sayda suda üzən quşlar.
LESOTO
Sexlabatebe ölkədə yeganə milli parkdır; sahəsi 6,5 min ha-dır. 1970-ci ildə Drakon dağlarının təbii kompleksinin qorunması üçün yaradılıb. Qumlu dağ yamaclarında yerləşən çoxsaylı mağaralar və göllər qorunur. Bitki örtüyü ağacaoxşar proteinlərlə zəngin olan savannalardan ibarətdir. Qorunan heyvanlar: antilop, saqqallı qartal, qaraleylək, kral alabalığı və s.
MAVRİTANİYA
Ban-d’Arqen Milli Parkı; sahəsi 1200 min ha-dır. 1962-ci ildə 14 adada və dəniz dayazlığında suda və suyun yaxınlığında yaşayan quşların toplanma yerlərinin qorunması üçün yaradılıb. Köçmə zamanı qoruğa 1 mln-a yaxın quş yığılır, o cümlədən çəhrayı və kiçik flaminqo, ərsindimdik, çəhrayı qutan və s. Dəniz tısbağaları, suitilər və balinakimilər qorunur. Beynəlxalq əhəmiyyətli subataqlıq yerləri sırasındadır.
MADAQASKAR
Sinji-d’yu-Bemaraxa Madaqaskar adasının qərbində yerləşən qoruqdur; sahəsi 152 min ha-dır. 1927-ci ildə karst landşaftlarının qorunması üçün yaradılıb. Bitki örtüyü tropik xəzan meşələrindən və quru zanbağın, paxlalıların, südləyənlərin sıx kolluqlarından ibarətdir. Qorunan heyvanlar: lemurun və indrinin müxtəlif növləri.
MALAVİ
Kasunqu Milli Parkı; sahəsi 220,3 min ha-dır. 1922-ci ildə Dvanqva çayının yuxarısında yerləşən ada dağlarının və yaylalarının (dəniz səviyyəsindən 1340 m hündürlükdə yerləşir) təbii kompleksinin qorunması üçün yaradılıb. Bitki örtüyü quru xəzan meşələrdən ibarətdir. Qorunan heyvanlar: fil, qara kərgədan, kəl, zebr, antilop, gepard və 200-dən çox quş növü. Qara kərgədan Afrikada qorunan savannaların ən məşhur sakinlərindən biridir.
MALİ
Buklyu-dyu-Baule Milli Parkı; sahəsi 350 min ha-dır. 1954-cü ildə qumdaşılı yaylada savannanın təbii kompleksinin qorunması üçün yaradılıb. Bitki örtüyü quru xəzan meşələrdən, sıx kolluqlardan, borass palması ilə qalereya meşələrindən ibarətdir. Əsas qorunan obyekt Sudan faunasının kompleksi (ahular: buşbok, kob, topi), fil, begemot və s.
NAMİBİYA
Etoşa Milli Parkı; sahəsi 2227 min ha-dır. 1907-ci ildə quruyan Etoş gölünün ekosistemini qorumaq üçün yaradılıb. Bitki örtüyü şoran yarımsəhralardan, tikanlı akasiya cəngəlliklərindən, mopan meşələrindən, dənli bitkilərdən ibarətdir. Fauna tərkibi: bəbir, gepard, fil, qara kərgədan, zürafə, antilopların müxtəlif növləri, zebr, dəvəquşu, çəhrayı flaminqo və s.
NİGERİYA
Yankari qoruğu; sahəsi 225,3 min ha-dır. 1955-ci ildə Qaci və Qonqola çaylarının arasında yerləşən savannanın qorunması üçün yaradılıb. Bitki örtüyü quru seyrək meşələrdən, kolluqlardan, dənli bitkilərdən, bataqlıqlaşmış meşələrdən ibarətdir. Qorunan heyvanlar: fil, zürafə, antilop, şir, bəbir.
RUANDA
Kaqera Milli Parkı; sahəsi 251 min ha-dır. 1934-cü ildə Kaqera çayının sol sahilində (dəniz səviyyəsindən 1250- 1825 m yüksəklikdə) yerləşən alçaq dağ kompleksinin qorunması üçün yaradılıb. Bitki örtüyü savannalardan, quru meşələrdən və otlu bataqlıqlardan ibarətdir. Faunanın tərkibi: pavian, şir, bəbir, zebr, begemot, borodavoçnik, antilop, 450 növ quş.
SENEQAL
Niokolo-Kobo Milli Parkı; sahəsi 913 min ha-dır. 1954-cü ildə qumlu düzənliyin təpəli kompleksinin qorunması üçün yaradılıb. Flora bataqlıq bitkilərindən, dənli bitkilərdən, savannadan, qalereya və seyrək meşələrdən ibarətdir. Faunanın tərkibi: 70 növ məməli (antilop, fil, şir, bəbir, serval, kəl), 300 növ quş, 36 növ sürünən heyvanlar (3 növ timsah, 4 növ tısbağa). Biosfer qoruğudur.
TANZANİYA
Serenqeti Milli Parkı; sahəsi 1476,3 min ha-dır. 1940-cı ildə Viktoriya gölünün hövzəsinə axan çaylar arası sahəsində yerləşən yayla və adalı dağlar kompleksini qorumaq üçün yaradılıb. Bitki örtüyü bataqlıqlardan, tropik dənli bitkilərdən, savannadan, akasiyalı seyrək və qalereya meşələrindən ibarətdir. Faunanın tərkibi: çox sayda və müxtəlif növlərdə antiloplar, zebrlər, ahular, şirlər, bəbirlər, gepardlar, 200-dən çox quş növü. Bu qoruq Nqoronqoro qoruğu ilə birlikdə biosfer qoruğu kimi qeydə alınıb.
UQANDA
Kabareqa (Kabaleqa) Milli Parkı; sahəsi 384 min ha-dır. 1952-ci ildə Viktoriya-Nil çayındakı şəlalənin ətraf təbii kompleksini qorumaq üçün yaradılıb. Flora savannadan, dənli bitkilərdən, seyrək meşələrdən və çay boyunca papirus kolluqlarından ibarətdir. Faunanın tərkibi: fil, kəl, zürafə, begemot, qara və ağ kərgədan, antilop, şir, şimpanze, 350-dən çox quş növü, Nil timsahıdır.
ZAMBİYA
Şimali Luanqva Milli Parkı; sahəsi 463,6 min ha-dır. 1938-ci ildə Luanqva çayının sağ sahilinin təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə yaradılmışdır. Bitki örtüyündə otlu çaylaq bataqlıqlar, akasiya və quru savanna meşələri çoxluq təşkil edir. Fauna pavian, qviretka əntər meymunu, begemot, qara kərgədan, fil . antilopların bir sıra növləri, suda və su ətrafında yaşayan quşlarla təmsil olunub.
Cənubi Luanqva Milli Parkı; sahəsi 905 min ha-dır. Luanqva çayının orta axınının təbiət kompleksinin qorunub saxlanması məqsədilə 1938-ci ildə yaradılmışdır. Fil, qara kərgədan, begemot, kəl, antiloplar (su keçisi, puku, impala, qnu, kudu), zebr, bəbir, zürafə, şir, gepard və s. heyvanlar qorunur.
ZİMBABVE
Viktoriya Fols Milli Parkı; sahəsi 1,9 min ha-dır. 1931-ci ildə Viktoriya şəlaləsinin (hündürlüyü 120 m) ətrafındakı təbii kompleksi qorumaq üçün yaradılıb. Bitki örtüyündə eben ağacları, fikuslarla zəngin yağışlı tropik meşələr çoxluq təşkil edir. Heyvanlardan bu qoruqda zürafə, kudu, su keçisi, pavian və 200-dən çox quş növü qorunur.
ŞİMALİ AMERİKA
KANADA
Vud-Baffalo Milli Parkı; sahəsi 4480,7 min ha-dır. Ölkənin ən böyük milli parkıdır. 1922-ci ildə şimal-qərb ərazisində və Albert ştatında yerləşən göllü-bataqlıqlı düzənliyin ekosistemini qorumaq üçün yaradılıb. Bitki örtüyü iynəyarpaqlı və qarışıq meşələrdən, boşluqlardan ibarətdir. Faunanın tərkibi: 200-dən çox quş növü (həmçinin Amerika durnası), bizon, qara ayı, karibu (şimal maralı), sığınlar. Ümumdünya təbii irs sahələri siyahısındadır. Beynəlxalq əhəmiyyətli su-bataqlıq yerlərinə aiddir.
Qro-Morn Milli Parkı; sahəsi 194,3 min ha-dır. 1970-ci ildə Nyufaundlend ştatında yerləşən fiord göllərinin və Lonq-Reync dağlarının ekosistemini qorumaq üçün yaradılıb. Bitki örtüyü iynəyarpaqlı meşələrdən, sfaqnum bataqlıqlarından və qum təpələrindən ibarətdir. Faunanın tərkibi: sığın, karibu, ağbaşlı dəniz qartalı, kəkliklər. Quş bazarı və qızılbalıqların kürütökmə yerləri mühafizə obyektləridir.
Casper Milli Parkı; sahəsi 1087,8 min ha-dır. Ölkənin ən böyük və qədim milli parkıdır. 1907-ci ildə buzlaqlı, dərin vadilərlə zəngin, daş töküntülü şimal dağ yamaclarının landşaftını (dəniz səviyyəsindən 1058-3747 metr yüksək) qorumaq üçün yaradılıb. Bitki örtüyü alp və subalp çəmənliklərindən, bataqlıqlardan, iynəyarpaqlı (küknar, şam, duqlasiya) meşələrindən ibarətdir. Faunanın tərkibi: qrizli, canavar, yaquar, qunduz, qaraquyruqlu maral, yoğunbuynuz, 200-ə yaxın quş növü.
QRENLANDİYA (DANİMARKA)
Qrenlandiya Milli Parkı; sahəsi 70 mln ha-dır. Bu Qrenlandiya adasının şimal-qərbində yerləşən dünyada ən böyük milli parkdır. 1974-cü ildə Arktik səhraların qorunması üçün yaradılıb. Faunanın tərkibi: müşk öküzü, ağ ayı, suiti, morj, şimal tülküsü, ağ bayquş, vəhşi qaz, qaqa, şunqarlar. Biosfer qoruğudur.
MEKSİKA
Lakandonya müvəqqəti meşə qoruğudur. Sahəsi 2,6 mln ha-dır (Montes-Asules biosfer qoruğu da daxil olmaqla - 331,2 min ha). 1978-ci ildə ölkənin cənubunda subtropik meşələrin qorunması üçün yaradılıb. Çaylarla və onların boyunca uzanan çətin keçilən selvalarla zəngin karst landşaftı üstünlük təşkil edir. Quru sahələrdə şam ağaclı və sıxyarpaqlı meşələrə rast gəlmək olur. Qorunan heyvanlar: oselot, Cənubi Amerika tapiri, harpiya, Mərkəzi Amerika timsahı və s.
Mapimi (Bolson-de-Mapimi) Mərkəzi Meksikada yerləşən qoruqdur; sahəsi 100 min ha-dır. 1977-ci ildə Meksika yaylasında və Çiuaua səhrasının mərkəzində yaradılmışdır. Ölkənin kaktuslarla, aqavalarla və ən əsas opunsiyalarla zəngin tipik səhra bitki örtüyü təmsil olunub. Bitkilərin və heyvanların çox nadir növlərinə rast gəlmək olur. Qorunan heyvanlar: sığın, kürən vaşaq, yaquar, koyot, qofer tısbağası və s. Biosfer qoruğudur.
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
Berinqiya (Berinqiya Lend-Bric) Milli Parkı; sahəsi 1052,6 min ha-dır. 1978-ci ildə göllü, lava axınlı, isti bulaqlı Şimali Alyaska sahilinin landşaftının qorunması üçün yaradılıb. Bitki örtüyü tundralardan və bataqlıqlardan ibarətdir. Faunanın tərkibində 112 növ quş var. “Berinqiy” adlanan faunanın qalıqları ilə paleontoloji abidələr mövcuddur.
Kinqs-Kanyon Milli Parkı; sahəsi 186,2 min ha-dır. 1940-cı ildə göllərlə, şəlalələrlə, dağ zirvələri ilə (dəniz səviyyəsindən 1300-4116 metr yüksəkdə) zəngin Syerra Nevada (Kaliforniya ştatı) dağının nadir ekosistemini qorumaq üçün yaradılıb. Bitki örtüyü alp və subalp çəmənliklərindən, nəhəng sekvoyalı meşələrdən və s. ibarətdir. Floranın tərkibində 2175 növ var. Faunanın tərkibi: 73 növ məməli, 120 növ quş. Sekvoya parkı ilə qoruq birgə qorunan ərazi təşkil edir. Biosfer qoruğudur.
Havay vulkanlı Milli Parkı; sahəsi 990 min ha-dır. 1961-ci ildə Havay adalarının təbii kompleksinin qorunması üçün yaradılıb. Qoruğun sahəsində fəaliyyət göstərən iki vulkan var: Mauna-Loa və Kilauea. Bitki örtüyü rütubətli tropik meşələrdən, kolluqlardan və dənli bitkilərdən ibarətdir. Flora və faunanın tərkibində endemik və nadir növlər var. Biosfer qoruğudur.
Qrand-Kanyon Milli Parkı; sahəsi 493,1 min ha-dır. Ölkənin ən qədim milli parklarından biridir. 1908-ci ildə Arizona ştatında Kolorado çay vadisinin ekosistemini qorumaq üçün yaradılıb. Kanyonun uzunluğu 350 km, dərinliyi 1,5 km-dir. Bitki örtüyü yaylada bitən iynəyarpaqlı meşələrdən (şam və küknar ağacları, ardıc kolu), prerilərdən, vadidə bitən yukkalardan və kaktuslardan ibarətdir. Faunanın tərkibi: 100-dən çox quş növü, 60 - məməli, 20 - sürünən heyvanlar və amfıbiyalar. Qorunan heyvanlar: ağbaşlı dəniz qartalı, ağquyruqlu sincab, Meksika şahini. Ümumdünya təbii irs sahələrinə aiddir.
Olimpik Milli Parkı; sahəsi 362,9 min ha-dır. 1909-cu ildə buzlaqlarla, göllərlə, çaylarla, daş töküntülərilə Vaşinqton ştatının dağ ekosistemini (dəniz səviyyəsindən 2428 m yüksək) qorumaq üçün yaradılıb. Bitki örtüyü dağ tundralarından, alp və subalp çəmənliklərindən, küknar və ağ şam ağaclı meşələrdən ibarətdir. Faunanın tərkibi: qaraquyruqlu maral, vapiti, qara ayı, regionun endemiki - olimpik marmotu, 140 növ quş. Ümumdünya təbii irs sahələrinə aiddir. Biosfer qoruğudur.
Roki-Mauntin Kolorado ştatında yerləşən milli parkdır; sahəsi 104,9 min ha-dır. 1915-ci ildə Qayalıq dağ massivinin ön silsiləsində (dəniz səviyyəsindən 2300- 4300 metr yüksək) yaradılmışdır. Dağ-tundra, alp və subalp çəmənlikləri, dağ-meşə landşaftları, göllər və dağ töküntüləri qoruqda çoxluq təşkil edir. Bitki örtüyündə vertikal zonallıq müşahidə edilir: mamır, şibyə, kolluqlarla hündürdağlı tundralar, alp, subalp çəmənliklərə və kolluqlara dəyişir, aşağı düşdükcə - küknar, şam və ağ şam (əyilmiş və Kaliforniya sidri növləri) ağacları ilə iynəyarpaqlı meşələrə dəyişir. Florada 700-dən çox borulu bitki növü var. Fauna onurğalı heyvanlarla zəngindir, onlardan 200-ü quş növüdür. Məməlilərdən yoğunbuynuz, vapiti maral, yaquar, qunduz və s. heyvanlar mövcuddur. Biosfer qoruğudur.
Sekvoya Milli Parkı; sahəsi 163,1 min ha-dır. 1890-cı ildə yaranan milli park Syerra-Nevada (Kaliforniya ştatı) dağlarının Uitni (4418 metr dəniz səviyyəsindən yüksək) dağı ilə birlikdə ekosistemini qoruyur. 32 nəhəng sekvoya meşəlikləri mühafizə olunur. Fauna 70 növ məməli və 120 növ quşdan ibarətdir. Kinqs-Kanyon milli parkı ilə vahid qorunan təbii ərazi təşkil edir. Biosfer qoruğudur.
Şenandoa Milli Parkı; sahəsi 84,9 min ha təşkil edir. Şenandoa çayı vadisində (Virciniya ştatı) Blu-Ric sıra dağlarının təbii kompleksini qorumaq məqsədilə 1926-cı ildə yaradılıb. Şam meşələri, palıd və maqnoliya ilə yanaşı sabal palması ilə təmsil olunur. Faunanı qara ayı, vapiti, marmot, vəhşi hind toyuğu, yaxalı qarabağır təşkil edir.
Yellouston Milli Parkı; sahəsi 898,4 min ha-dır. Dünyada ən birinci milli parkdır. 1872-ci ildə üç ştatın ərazisində yerləşən (Vayominq, Aydaxo və Montana) göllərlə, şəlalələrlə, kanyonlarla zəngin (3000-dən çox qeyzer və isti bulaqlar) qeyzer rayonunun qorunması üçün yaradılmışdır. Bitki örtüyü dağ iynəyarpaqlı meşələrdən, alp və subalp çəmənliklərindən, aşağı dağlıq ərazidə yerləşən prerilərdən ibarətdir. Faunanın tərkibi; bizon, vapiti, qara ayı, qrizli, 200-dən çox quş növü. Ümumdünya təbii irs sahələrinə aiddir. Biosfer qoruğudur.
Yosemit Milli Parkı; sahəsi 308 min ha-dır. 1864-cü ildən ştatın qorunan sahəsi kimi tanınır. 1890-cı ildə Syerra-Nevada (Kaliforniya ştatı) dağ silsiləsinin qərb dağ yamaclarının nadir ekosistemini qorumaq üçün yaradılıb. Mühafizə olunan obyektlərdən biri Yosemit çayındakı ölkənin ən böyük şəlaləsidir (hündürlüyü 435m). Bitki örtüyü iynəyarpaqlı meşələrdən, alp və subalp çəmənliklərindən ibarətdir. Nəhəng sekvoyalı meşələrin fraqmentləri mövcuddur. Faunanın tərkibi: 78 növ məməli, 200-ə yaxın quş növü (həmçinin ağbaşlı dəniz qartalı və sapsan).
CƏNUBİ VƏ MƏRKƏZİ AMERİKA
ARGENTİNA
İquasu ölkənin ən qədim milli parkıdır; sahəsi 55,5 min ha-dır (6,3 min ha milli qoruq olmaqla). İquasu çayındakı şəlalənin (hündürlüyü 72 m, eni 2700 m) ətrafındakı nadir təbii kompleksi qorumaq üçün 1909-cu ildə Argentinanın şimal-şərqində yaradılıb. Rütubətli subtropik meşələr qorunub saxlanılır. Florasına 2000-dən artıq bitki növü daxildir. Faunasında qarışqayeyən, oselot, quşlardan tukanlar və tutuquşular üstünlük təşkil edir. Nadir heyvanlardan laplat su samuru, yaquar, qaraalınlı quan və s. mövcuddur. Ümumdünya əhəmiyyətli su hövzələri sisteminə daxildir. Braziliyadakı eyniadlı parkla həmsərhəddir.
Los-Qlasyares Milli Parkı; sahəsi 600 min ha-dır (154,1 min ha milli qoruq daxil olmaqla). Andın şərq yamaclarının dağlıq landşaftını (3375 m dəniz səviyyəsindən yüksək), cənub bukundan and-pataqon meşələrini, Cənubi Argentinanın ən böyük gölləri olan Vyedma və Arxentinonu qorumaq məqsədilə 1937-ci ildə yaradılıb. Faunanı puma, quanako, pataqon maralı, şinşilla, cırtdan armadill, kiçik nandu, And kondoru və s. təmsil edir. Ümumdünya təbii irs sahələrinə aiddir.
BOLİVİYA
Ulya-Ulya qoruğu; sahəsi 137,8 min ha-dır. Dağ landşaftlarının (4300-5200 m dəniz səviyyəsindən yüksəkdə) və yerli faunanın qorunması üçün 1972-ci ildə yaradılıb. Burada vikunya, şinşilla, alpaka, puma, peruan maralı, And flaminqosu, kondor, bir çox sudaüzən və bataqlıq quşları yaşayır. Biosfer qoruğudur.
BRAZİLİYA
İtatiayya Milli Parkı; sahəsi 11,94 min ha-dır. 1937-ci ildə Rio-de-Janeyro yaxınlığında, Syerra-da-Mantikeyra dağ silsiləsində yaranıb. Məqsəd yağmurlu tropik meşələrin, əkilmiş araukariya ağaclarının, subalp və alp bitkilərinin (2000 m dəniz səviyyəsindən yüksəklikdə), həmçinin müxtəlif nadir və yox olan bitki növlərinin (100 endemik növ) qorunmasıdır. Faunanı təşkil edən bir çox nadir növlər: hörümçəyə oxşar meymun, yallı canavar, laplat su samuru, üçbarmaq qarışqayeyən, xaltalı ərincək (meymun), kral qrifi, harpiya, qarabaşlı tutuquşu və s.
KOLUMBİYA
Syerra-de-la-Makarena Milli Parkı; sahəsi 501,4 min ha-dır. 1948-ci ildə bioloji qoruq kimi, And, Amazon və Orinoks biotlarının yayılma sərhədində təcrid edilmiş dağ massivlərinin təbii komplekslərini qorumaq üçün yaradılıb (dəniz səviyyəsindən 3000 m-ə qədər yüksəklikdə). Bitki örtüyü savannalarla, tropik və subtropik meşələrlə təmsil olunur. Faunanın tərkibində 450-yə yaxın quş növü, çox nadir sürünənlər, həmçinin eynəkli kayman, orinoks timsahı, tısbağa, məməlilərdən nəhəng su samuru, eynəkli ayı, yaquar və s. vardır.
KOSTA-RİKA
Korkovado Milli Parkı; sahəsi 36 min ha-dır. Dəniz kənarlarının, qumlu çimərliklərin və şirin su hövzələrinin ekosistemini qorumaq üçün 1975-ci ildə yaranıb. Bitki örtüyü dumanlı tropik meşələrlə təmsil edilib. Faunanı 287 quş növü (o cümlədən harpiya), timsah, suda-quruda yaşayan və sürünən heyvanların nadir növləri təşkil edir.
KUBA
Kupeyal qoruğu; sahəsi 10,3 min ha-dır. Quantanamo əyalətində yerləşən dağ massivinin ekosistemini və faunasını qorumaq üçün 1963-cü ildə yaranıb. Bitki örtüyünü qarışıq, şam və sıxyarpaqlı meşələr təşkil edir. Faunanı nadir və endemik tutuquşuları (aratinqa, amazon) və başqa quşlar təşkil edir.
PERU
Parakas Sakit okean sahilində milli qoruqdur; sahəsi 335 min ha təşkil edir. Dəniz faunasının, dəniz kənarı landşaftın, qum təpələrinin və səhraların qorunması üçün 1975-ci ildə yaranıb. Dəniz heyvanları (delfinlər, pişiyəoxşar su samuru, tısbağalar, çəkic balığı, mişar balığı və s.) və su ətrafında yaşayan quşlar (Çili flaminqosu, qarabatdaq və s.) mühafizə edilir.
Yaskaran Milli Parkı; sahəsi 340 min ha təşkil edir. Ölkənin ən yüksək nöqtəsi (6768 m dəniz səviyyəsindən yüksək) ətrafındakı dağların ekosistemini qorumaq üçün 1975-ci ildə yaradılıb. Meşə, subalp və alp bitki örtükləri və onlara xas olan fauna vikunya, and maralı, kondor və s. ilə təmsil edilib. Biosfer qoruğudur.
SURİNAM
Via-Via qoruğu; sahəsi 36 min ha-dır. Atlantik okeanın sahilində yerləşən bu qoruq dəniz kənarı landşaftları, sahil boyu 5 növ dəniz tısbağalarının yuva saldığı yerləri mühafizə etmək üçün 1961-ci ildə yaradılıb. Qumlu çimərliklər və manqrlar, su quşlarının (qağayı, qaraleylək, su qaranquşu, kolpitsa, vağ, flaminqo və s.) külli miqdarda toplanan yerləri təmsil olunub.
URUQVAY
Kabo-Polonio Atlantik okeanın sahilində kurort-istirahət parkıdır; sahəsi 14,3 min ha-dır. Cənub dəniz şirlərinin və Cənubi Amerika dəniz pişiklərinin məskunlaşdıqları sahil sahələrinin mühafizəsi üçün 1942-ci ildə yaradılıb. Qumlu çimərliklər, qum təpəcikləri, bataqlıqlaşmış torpaqlar və pampaslar təmsil edilmişdir. 150 növ quş, pampas maralının populyasiyaları, laplat su samuru qorunub saxlanılır.
VENESUELA
Kanavma Milli Parkı; sahəsi 3 milyon ha-a yaxındır. 1962-ci ildə Bolivar əyalətində dağlıq (3000 m dəniz səviyyəsindən yüksək) təbaşir landşaftını və böyük şəlalələr sistemlərini, o cümlədən dünyada ən böyük Salto Anxel şəlaləsinin (hündürlüyü 972 m) qorunması üçün yaradılıb. Bitki örtüyü savannalarla, yarım həmişəyaşıl və qalereyalı dağ meşələri ilə təmsil olunur. Flora son dərəcə zəngin növlüdür, xüsusilə bu, orxideyalara aiddir. Faunanı puma, yaquar, paka, tapir, pekari, enliburun kayman və s. təşkil edir.
"Yer və İnsan"