SELİNLƏ BABANIN TƏBİƏT HAQQINDA SÖHBƏTLƏRİNDƏN

1-ci söhbət
Axşamçağı, beş yaşı yenicə tamam olmuş Selin Mahmud baba ilə Cavid bağında gəzə-gəzə söhbət edirdi. Baba soruşdu:
— Selin, sən təbiətin nə olduğunu bilirsənmi?
— Bilirəm, baba. Təbiət insanların istirahət etdiyi
yerdir, — dedi Selin.
— Əslində sən düz deyirsən, gülüm. İnsanlar təbiət qoynunda istirahət edir, dincəlir. Mən görürəm ki, sən təbiətlə — heyvanlar və bitkilərlə bağlı cizgi filmlərini çox sevirsən, hətta bilmədiyin ingiliscə də seyr etməyi xoşlayırsan. Gəl, bir qədər geniş düşünək.
Təbiət — insanlar tərəfindən yaradılmamış, amma bizi əhatə edən hər şeydir: günəş, su, hava, bitkilər, heyvanlar, dağlar, çaylar və daha nələr-nələr...
Məqalənin tam mətni ilə PDF versiyasından tanış ola bilərsiniz.