AZƏRBAYCAN RESPUBLİKASININ SUVARILAN TORPAQLARINDA YERALTI SULARIN REJİMİ ÜZƏRİNDƏ MÜŞAHİDƏ İŞLƏRİNİN APARILMASI MƏQSƏDİLƏ İNŞA EDİLMİŞQUYULARIN MÖVCUD VƏZİYYƏTİ HAQQINDA(MÜZAKİRƏ ÜÇÜN TƏQDİM EDİLİR)

Azərbaycan Respublikasının suvarılan və suvarmaya yararlı torpaqlarının hüdudları daxilində torpaqların hidrogeoloji-ekomeliorativ şəraitinə, o cümlədən şəhər, qəsəbə və kəndlərin ərazilərində subasma proseslərinin, həmçinin fövqəladə hadisələrin inkişaf dinamikasına nəzarət etmək məqsədilə II Dünya müharibəsindən sonrakı (1946-1960) illərdə yeraltı suların rejimini öyrənmək üçün müşahidə quyularının dövlət regional şəbəkəsi, 1980-ci illərdə isə su təsərrüfatı təşkilatının meliorativ xidmətinin müşahidə quyularının təsərrüfatlardaxili şəbəkəsi yaradılmışdır. Qeyd edilən hər bir rejim-müşahidə şəbəkəsinə daxil olan quyular
müəyyən (konkret) məsələlərin öyrənilməsi məqsədi ilə qazılmışdır...

PDF