DAŞKƏSƏN –95

...Daşkəsənin hər qayasında bir əsrin nəfəsi, hər yamacında xalqın izi var, desək yanılmarıq. Qoşqar dağının zirvəsində dayanaraq ətrafa nəzər yetirsək, ətrafdakı dağlar sanki əbədiyyətin özü qədər qürurludur – nə tərpənir, nə əyilir, sadəcə baxır: zamanın gözlərinə. Bu yurdun torpağı yalnız üzərində gəzdiyin səth deyil, alt qatlarında da tarix daşıyır.
Daşkəsən – bu adın içində həm daş var, həm də kəsən. Yəni bəzən sərt, bəzən zəhmətkeş, amma hər zaman dərin mənalı. Bura Azərbaycan torpağının təbii kitabıdır – oxumağı bacaran üçün hər səhifəsində bir tarix, bir sərvət, bir nəfəs var...

PDF