Zelenski mayın 27-də İspaniyaya səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul edəcək”, - məlumatda deyilir.

Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.