Energetika naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

Energetika naziri Pərviz Şahbazov Qax rayonunun Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Energetika Nazirliyindən bildirilib ki, görüş zamanı vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, küçə işıqlandırılması, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xətlərinin mühafizə zonası, təbii qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Qaxla yanaşı, Şəki və Göygöl rayonlarından, həmçinin Gəncə şəhərindən olan 21 vətəndaş iştirak edib.