ABŞ Çinlə ticarət əlaqələrini kəsə bilər - Nazir

ABŞ administrasiyasının tarif siyasəti ABŞ və Çin arasında iqtisadi və ticarət əlaqələrini kəsmək məqsədi daşımır, lakin bu baş verə bilər.
Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
"Bunun mütləq baş verən hadisə deyil. Amma ola bilər. Müəyyən bir məqamda böyük bir razılaşma əldə edilməlidir", - deyə o bildirib.
O, əmin olduğunu bildirib ki, “heç kim [Çindən idxal olunan mallara tətbiq edilən yüksək rüsumları] məqsədəuyğun hesab etmir və onların qüvvədə qalmasını istəmir”.
“[ABŞ Prezidenti Donald] Trampın [Çin] sədri Si [Jinping] ilə çox yaxşı münasibəti var”, - deyə S.Bessent əlavə edib.//Trend