Azərbaycan ilə Kanada arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kanadanın xarici işlər nazirinin parlament katibi Robert Olifant ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Məlumata əsasən, görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurası çərçivəsində olub.

Görüşdə ikitərəfli əməkdaşlıq, regional proseslər və ATƏT çərçivəsində ortaq prioritetlər müzakirə olunub.