"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

 İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Mərasimdə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi “Qarabağ”ın da 3-cü raunddakı potensial rəqibi məlum olacaq. 2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası hazırkı rəqibini keçərsə, 3-cü raundda nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.

 

Çempionlar Liqası, III təsnifat mərhələsi

Çempionlar yolu

 

Səpələnmişlər

“Ayaks” (Hollandiya)

“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi

“Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi


Səpələnməmişlər

PAOK (Yunanıstan)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi

“Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi

"Ferensvaroş" (Macarıstan) – "Valetta" (Malta) cütünün qalibi


Liqa yolu

Səpələnmişlər

“Portu” (Portuqaliya)

“Dinamo” (Kyev, Ukrayna)

“Bazel” (İsveçrə) - PSV (Hollandiya) cütünün qalibi 

“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Plzen Çexiya)


Səpələnməmişlər

“Brügge” (Belçika)

“Krasnodar” (Rusiya)

“Başakşəhər” (Türkiyə)

LASK (Avstriya)