Qrenlandiya böhranı dərinləşir, hərbi müdaxilə ehtimalı da var
ABŞ administrasiyası Qrenlandiyanı ABŞ ərazisinə qatmağa yönəlik variantların gündəmdə olduğunu açıqladı. Hərbi müdaxilə ehtimalının da seçimlər arasında göstərilməsi Danimarka və Avropa ölkələrinin etirazına səbəb oldu.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı müxtəlif variantları dəyərləndirdiyi bildirildi. Ağ Ev bu prosesin ABŞ üçün “milli təhlükəsizlik prioriteti” daşıdığını açıqladı.
“HƏRBİ SEÇİM DƏ NƏZƏRDƏN KEÇİRİLİR”
Ağ Evdən verilən açıqlamada bildirilib ki, Prezident Tramp və komandası bu hədəf istiqamətində müxtəlif ssenarilər üzərində işləyir və ABŞ ordusunun da baş komandanın səlahiyyətləri çərçivəsində mümkün seçimlərdən biri olduğu qeyd olunub.//CNN

