İtkin düşən 38 yaşlı qadın axtarılır (FOTO)
Yanvarın 14-də Sumqayıt şəhəri ərazisində sağlamlıq imkanları məhdud olan 38 yaşlı Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

