Müasir düşüncəli gənclik - Foto
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 2 Fevral Gənclər Günü ilə bağlı tədbir keçirdi.
Tədbiri Mərkəzi Kitabxananın direktoru, tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq, gəncləri təbrik etdi.Onlara elmə, kitaba və milli dəyərlərə bağlı uğurlu gələcək arzulayaraq, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin fəaliyyətinin dövlət tərəfindən qiymətləndirilməsini və bugünkü gənclərin gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğunu vurğuladı.
Abonement bölməsinin müdiri Lalə Səlimovaçıxışında qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Ümummilli Lider 1994-cü ilin iyulunda Azərbaycan Gənclər və İdman Nazirliyi yaratdı, sonra müstəqil dövlətimizin Gənclər Forumu keçirildi.
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Rəqsanə Sayıllı bildirdi ki, oxumaq, araşdırmaq və öz üzərində çalışmaq gələcək uğurların əsasını qoyur. O dedi: “Azərbaycan gəncliyi olaraq biz həm milli dəyərlərə bağlı, həm də müasir dünyaya açıq nəsil olmağa çalışırıq”.
Fəal oxucu Ruslan Aslanov intellektual, geniş dünyagörüşlü bir gənc kimi formalaşmasında, inkişafında, cəmiyyətdə təsdiqində mənəvi tərbiyənin, fiziki inkişafın, beynəlxalq qurumlarda və gənclər təşkilatlarında iştirakının mühüm əhəmiyyət kəsb etdiyindən danışdı.
Qərbi Kaspi Universitetinin tələbəsi Nəzrin Məmmədova qeyd etdi ki, gənclərin borcu bilikləri cəmiyyətin inkişafına yönəltməkdir.
Psixoloq Hüsniyyə Abbasova istedadlı və yaradıcı gənclərlə onlara peşə sahəsini müəyyənləşdirmək, həyat mövqeyini necə istiqamətləndirmək barədə diskussiya edərək, gələcəkdə tutduğu peşələri düzgün istifadə etmək üçün məsləhətlər verdi.
«ENGLISH ACADEMY» Tədris Mərkəzinin müəllimi MayaCəfərovagənclərimizin dərs hazırlıqları ilə yanaşı, hər bir sahədəfəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdiklərini qeyd etdi.
Magistratura tələbəsi, könüllü Səidə Abdulxalıqovahəmkarlarına öz üzərində məsuliyyəti hiss edən gənclərimizə həyat yolunu seçməsində, peşə sahəsini müəyyənləşdirməkdə psixoloji dəstəyin vacibliyini qeyd etdi.
Tədbirdə iştirak edən gənclər Xədicə Qarayeva, Nigar Topçiyeva, Məhdi Əhməd, Lamiyə Dadaşova, Nuray Əmirzadə, Xuraman Axundlu, Şərəf Babayev, Teymur Pleşava çıxışlarında gənclik dövrünün insan həyatının ən məsuliyyətli mərhələsi oldugunu, ölkəmizin gələcəyini daha parlaq etmək üçün təşəbbüskar, bilikli, geniş dünyagörüşlü olmağın vacibliyini bildirdilər və diskussiyada fəal iştirak etdilər.
Tədbirin sonunda Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova gəncləri bayram münasibətilə təbrik edərək onlara kitablar, hədiyyə etdi.

