Donald Tramp köməkçisi Boltonu istefaya göndərib

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu istefaya göndərib.

Bu barədə məlumat Amerika liderinin Twitter səhifəsində yerləşdirilib.

“Mən dünən axşam Con Boltonu xəbərdar etdim ki, bundan sonra Ağ evdə onun xidmətinə ehtiyac duyulmur. Mən administrasiyada bir çoxları kimi, onun da bir çox təklifləri ilə qətiyyən razı deyiləm. Bu səbəbdən də mən Cona dedim ki, istefa versin və bu gün səhər o, bunu etdi”, - Tramp özünün Twitter səhifəsində belə yazıb.