NATO PA-nın yaz sessiyası 2020-ci ildə Kiyevdə keçiriləcək
                        NATO Parlament Assambleyasının 2020-ci ildə yaz sessiyası Ukraynada keçiriləcək.
Bununla bağlı Ukrayna Ali Radasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
NATO PA-nın sessiyası mayın 22-25-də Kiyev şəhərində keçiriləcək. Bununla bağlı Ali Rada tərəfindən təşkilat komitəsi yaradıb. Komitə iki həftə ərzində sessiyanın keçirilməsinə dair təşkilati işlərin proqramını hazırlayaraq Ali Radaya təqdim etməlidir.
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
