Trampın vəkili də ittiham olunur – Bayden ilə bağlı araşdırmada iştirakı yoxlanılır

ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culiani seçki kampaniyasının maliyyələşdirilməsində ittiham olunan Ukrayna-Amerika iş adamının həmtəsisçisi olduğu şirkət üçün iş gördüyünə görə 500 min dollar alıb. Bu barədə Reuters xəbər verir.

Nəşr bildirir ki, iş adamı Lev Parnas Culianinin yaxın partnyorudur və 2020-ci ildə keçiriləcək seçkilərdə Trampın rəqibi olan Co Bayden ilə bağlı araşdırmada iştirak edib.

 
Culianinin sözlərinə əsasən, o, fırıldaqçılıq məsələləri ilə bağlı hüquqi məsləhət üçün işə götürülmüşdü.

Hazırda federal prokurorların Culianinin Parnas ilə “qarşılıqlı əlaqələri”ni araşdırdıqları qeyd olunur.