Tramp Suriya ilə bağlı missiyanı təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqləyib.

 
“Associated Press”in verdiyi xəbərə görə, yeni plana əsasən, qoşunlar Deyr əz-Zordan Əl-Hasakiyə qədər təxminən 150 km uzanan kürd Silahlı Qüvvələrinin nəzarətində olan böyük bir ərazini mühafizə edəcəklər.

Prezidentin bu fərmanı ABŞ qüvvələrinə neft sahələrini təhdid edəcəyi təqdirdə Suriya, Rusiya və ya digər qüvvələrə zərbə vura bilmək səlahiyyəti verir.