Rusiya Aralıq dənizində təlimlərə başladı – Suriya ilə yeni plan

Rusiya Aaralıq dənizindəki Tartus limanı ətrafında Bəşər Əsəd rejimi ilə birgə hərbi təlimlərə başlayıb.

Tartus liman çevrəsində dənizdə və quruda hərbi təlimlərə start verən Moskva təlimlərdə 2 min kilometrlik hədəfi vura biləcək "Kalibar” model raketlərdən istifadə edəcək.

Rusiyanın Tartusdakı hərbi dəniz bazasının komandanı, admiral Aleksandır Yoldaşev deyib ki, təlimlərdə Rusiyaya aid "Kalibar” raketləri daşıyan hərbi gəmilər, Suriyaya aid mina axtaran gəmi və Xmeyminm hava bazasından havaya qalxacaq qırıcılar iştirak edir. Təlimlər zamanı Tartus dəniz bazasının təhlükısizliyi test edilərək sınaqdan çıxarılacaq”.

Bu ara bəlli olub ki, Rusiya Tartus limanına 500 milyon dollarlıq sərmayə qoyacaq. Baş nazirin müavini Yuri Borisov bu xəbəri təsdiq edib. Burada yeni mülki liman inşa ediləcək.

Eyni zamanda Tartus limanı yeni çəkiləcək dəmir yolu ilə Suriya və İraq üzərindən körfəzə çıxış əldə edəcək./teleqraf