İranda DƏHŞƏT: çox sayda ölü və onlarla yaralı var

İranın Kirman şəhərində keçirilən general Qasım Süleymaninin cənazə mərasimində izdiham yaşanıb.

Anadolu agentliyi xəbər verir ki, hadisə zamanı azı 35 nəfər həyatını itirib, 50-yə qədər yaralı var. İran dövlət televiziyasının məlumatına görə, izdiham olduğunda təcili yardım briqadaları əraziyə yaxınlaşmaqda çətinlik çəkir. Buna görə də tələfatın artacağı istisna edilmir.

Xatırladaq ki, İran İslam İnqilabi Keşikçiləri korpusunun "Qüds” qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ ordusunun hücumu nəticəsində öldürülüb./publika.az