"Atletiko" "Barselona"ya qalib gəldi - "Real"a rəqib oldu

Səudiyyə Ərəbistanında keçirilən İspaniya superkubokunda sonuncu finalçı müəyyənləşib.

Yarımfinalda "Barselona" "Atletiko" ilə qarşılaşıb. Matç Madrid klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisində Lionel Messinin 59-cu, Jerar Pikenin 74-cü dəqiqədə vurduğu qollar  vdeotəkrardan (VAR) sonra ləğv edilib.

"Barselona" - "Atletiko" - 2:3
Qollar: Koke, 46 (0:1), Messi, 51 (1:1), Qrizmann, 63 (2:1),  Morata, 81-pen (2:2), Korrea, 86 (2:3)

Beləliklə, Dieqo Simeonenin komandası həlledici görüşdə "Valensiya"nı mübarizədən kənarlaşdıran "Real"la qarşılaşacaq. Final matçı yanvarın 12-i keçiriləcək.