İran ABŞ-ı təyyarə qəzasını araşdırmağa dəvət etdi

İran ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Mili Şurasını Ukraynaya məxsus “Boeing-737-800” təyyarəsinin qəzasının araşdırılmasında iştiraka dəvət edib. 

“RİA Novosti” agentliyi bu barədə sözügedən şuranın bəyanatına istinadən xəbər verib.

 
Eyni dəvət Kanada tərəfinə də ünvanlanıb.

ABŞ tərəfi isə bildirib ki, istintaq araşdırmalarında əsas rol İran tərəfinə aiddir, bununla əlaqədar ABŞ hadisənin başvermə səbəbləri ilə bağlı spekulyasiya etməyəcək və bütün sualları İran tərəfinə ünvanlamağı xahiş edir.

Kanadanın Xarici İşlər naziri isə Fransua-Filipp Şampan isə bildirib ki, İran qəzanın səbəblərini araşdırmaq istəyən kanadalı mütəxəssislərə viza verəcək.