Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

Yeni koronavirusa yoluxma üçün test nəticələri müsbət olan ABŞ-ın Nyu York ştatının sakinlərinin sayı 113,7 mindən çox olub və sutka ərzində ölənlərin sayı 630 nəfər artıb.

Bu barədə mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı 2 935 nəfərdən 3 565 nəfərədək yüksəlib:

 
"Koronavirusa yoluxmanın yeni hallarının sayı 10 841, ümumi sayı isə 113 704-ə çatıb". E.Kuomo deyib ki, Nyu York bu göstəricilərə əsasən ABŞ-da birinci yeri tutmağa davam edir.

Qubernatorun sözlərinə görə, onun ştatında xəstəxanalara ümumilikdə 15 905 yoluxmuş insan yerləşdirilib, onlardan 4 126 nəfər süni ventilyasiya aparatlarına qoşulub.//Trend