Türkiyədə COVID-19 pandemiyası ilə bağlı əsası olmayan məlumatlar yayan 510 nəfər saxlanılıb

Türkiyədə COVID-19 pandemiyası ilə bağlı son 65 gün ərzində əsası olmayan və təxribat xarakterli paylaşımlar edən 510 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilir ki, araşdırmalar zamanı bu məlumatların yayıldığı 10 min 111 sosial media hesabı və 1105 şübhəli şəxs müəyyən edilib. Onlardan 510-u artıq saxlanılıb.