Türkiyədə koronavirusa gündəlik yoluxma və ölüm sayında artım müşahidə olunur
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma və ölüm hallarında sürətli artım müşahidə olunur.
Türkiyə Səhiyyə Nazirliyi xəbər verir ki, martın 17-də ölkə üzrə 167 min 526 nəfər testdən keçirilib. Onlardan 18 min 912 nəfərdə infeksiya aşkarlanıb. Yoluxanların 869 nəfəri xəstəxanalara yerləşdirilib. Son sutkada infeksiya səbəbindən 73 nəfər ölüb, 17 min 161 nəfər sağalıb.
Türkiyədə indiyədək, ümumilikdə, 2 milyon 930 min 554 nəfərdə virus aşkarlanıb, 29 min 696 nəfər bu xəstəlikdən ölüb.//AZƏRTAC