Fransada koronavirus pandemiyası qurbanlarının sayı 92 min 621-ə çatıb

Fransada son sutkada COVID-19 pandemiyasından 343 ölüm faktı qeydə alınıb və pandemiyadan ölənlərin ümumi sayı 92 min 621-ə çatıb.

Bu barədə Fransanın Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, reanimasiya şöbələrində ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı 4548-ə çatıb və ağır vəziyyətdə olan xəstələrin sayı artmaqda davam edir. Xəstəxanalarda 26 min 488 koronavirus xəstəsi müalicə alır, bu günədək 281 min 885 koronavirus xəstəsi sağalıb. Pandemiya başlayandan ölkədə 4 milyon 298 min 395 yoluxma qeydə alınıb. Xəstəxanalarda vəziyyət ötən ilin noyabr ayındakı ikinci dalğanın pik nöqtəsinə çatıb.

Ötən il dekabrın sonunda başlamış koronavirusa qarşı peyvənd kampaniyası çərçivəsində 6 milyon 199 min 118 nəfərə peyvəndin birinci dozası, onlardan 2 milyon 429 min 958 nəfərinə peyvəndin ikinci dozası vurulub. Son 24 saatda 47 min 221 peyvənd edilib.

Ölkədə aparılan testlərin 9,25 faizinin pozitiv olduğu bildirilir.//AZƏRTAC