Ərdoğan və Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətini müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti ilə bağlı məsələləri müzakirə ediblər.
Ərdoğan vurğulayıb ki, İsveç və Finlandiya terror təşkilatı olan PKK/YPG-yə qarşı konkret addımlar atmalı, o cümlədən Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan embarqonu və digər bu kimi məhdudiyyətləri aradan qaldırmalı, gələcəkdə belə addımlara əl atmamaq öhdəliyi götürməlidirlər.//Trend