Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
ABŞ Məxfi Xidmətinin direktoru Ceyms Murrey istefa verəcək.
Bu barədə ABŞ prezidenti Co Baydenin açıqlamasında bildirilib.
"Biz ona ölkəmizə və ailəmizə göstərdiyi xidmətlərə görə inanılmaz dərəcədə minnətdarıq", - deyə qeyd olunub.
ABŞ Məxfi Xidməti dövlətin birinci şəxslərinin qorunmasına cavabdehdir.//Trend