Sui-qəsdə məruz qalan Şinzo Abe vəfat edib

Yaponiyanın sabiq Baş naziri Şinzo Abe ona edilən sui-qəsddən sonra vəfat edib.

Bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb. Yaponiya Liberal Demokrat Partiyasının nümayəndəsinin məlumatına görə, Şinzo Abe yerləşdirildiyi Nara prefekturasının xəstəxanasında vəfat edib.

Xatırladaq ki, iyulun 8-də Nara şəhərində küçə mitinqi zamanı sabiq Baş nazir Şinzo Abeyə odlu silahdan hücum edilib. Baş nazir huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışdı.

Sabiq Baş nazirə atəş açan şəxs hadisə yerində saxlanılıb.