Avropa Komissiyasının Prezidenti Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edib

Bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir.

Bu fikirləri iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında ifadə edib.

Xanım Fon der Lyayen, həmçinin bildirib: “Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur. Cənab Prezident, bunu Sizinlə də müzakirə etdik – mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var”.