Rusiyada son sutka koronavirusa 7,5 mindən çox yoluxma qeydə alınıb

Rusiyada son stuka ərzində koronavirusa 7 523 yoluxma halı qeydə alınıb.

Koronavirus testinin nəticəsi müsbət çıxan şəxslərdən 757 nəfəri xəstəxanaya yerləşdirilib.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 18 532 255 nəfərə çatıb.

Eyni zamanda, son sutkada 37 nəfər həyatını itirib, 4 812 nəfər isə sağalıb.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 382 155 nəfərə, koronavirusdan sağalanların sayı isə 17 938 674 nəfərə çatıb.//Trend