Rusiya səfiri: Afina ilə Moskvanın münasibətləri tamamilə pozulub
Afina ilə Moskva arasında münasibətlər tamamilə pozulub, əməkdaşlıq və bütün təmaslar kəsilib.
Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov bu barədə Rossiya-24 telekanalının efirində deyib.
“Fevralın sonundan etibarən Yunanıstanla ikitərəfli münasibətlərimiz kəsilib, Afina ilə heç bir əməkdaşlığımız və təmasımız yoxdur. İndiyədək əldə edilən bütün inkişaf, onilliklər ərzində toplanan ikitərəfli münasibətlər bir neçə gün ərzində məhv olub”, - deyə Andrey Maslov bildirib.
Bir müddət öncə Yunanıstan və Rusiya qarşılıqlı olaraq bir-birinin diplomatlarını ölkədən çıxarıb. Həmçinin Yunanıstan Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edib.//Azərtac