İstanbulda taxıl dəhlizi ilə bağlı Birgə Koordinasiya Mərkəzinin açılışı olub
Ötən həftə İstanbulda imzalanmış taxıl dəhlizi haqqında saziş çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat verir.
Birgə mərkəz İstanbulda Milli Müdafiə Universitetində fəaliyyət göstərəcək. Mərkəzin işində Türkiyə, Rusiya və Ukrayna təmsilçiləri ilə yanaşı, BMT nümayəndələri də yer alacaq.
Koordinasiya mərkəzinin açılışında iştirak edən Türkiyənin milli müdafiə naziri taxıl dəhlizi vasitəsilə Ukrayna limanlarında qalmış 25 milyon tondan çox taxılın təhlükəsiz daşınmasına imkan yaranacaq.
Xatırladaq ki, ötən həftə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl dəhlizinə dair saziş imzalanıb.//trend