Taxıl sazişi çərçivəsində Ukraynadan ilk gəminin bu gün Odessadan yola düşməsi gözlənilir

Taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəminin bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşməsi gözlənilir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Syerra-Leone bayrağı altında üzən "Razoni" adlı quru yük gəmisi Livana doğru hərəkət edəcək. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.//Azərtac