İsrail Qəzza zolağına hava zərbələri endirilib: Tel-Əvivdə sirenlər işə düşdü

“Sübh” əməliyyatının ilk günündə hava hücumlarına cavab olaraq Qəzza zolağından İsrailə 350-yə yaxın raket atılıb.

“The Times of Israel” xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Hesablamalara görə, “İslami Cihad” terrorçuları cümə günündən bu günə kimi 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.

Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər.

Hazırda raket hücumları davam edir. Xüsusən, Sderot və Eşkol şəhərləri atəş altındadır, Aşdodda sirenlər işə salındıqdan sonra bir neçə raketin qarşısı alınıb./report