Tripolidə silahlı qarşıdurmada ölənlərin sayı 32 nəfərə çatıb, 159 yaralı var
Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeyba ilə Tobrukdakı parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaqa bağlı qruplar arasında silahlı toqquşmalar zamanı ölənlərin sayı 32 nəfərə çatıb, 159 yaralı var.
Bu barədə Liviya Səhiyyə Nazirliyi “Facebook” səhifəsində məlumat yerləşdirib.
“AL Jazeera“ telekanalı Abdelhamid Dbeyba hökumətinin Fəthi Başaqaya bağlı qüvvələrin Tripolinin qərb rayonlarından çıxarılması ilə bağlı danışıqlar apardığı barədə məlumat yayıb.
Qeyd edək ki, iyunun 26-da axşam saatlarında başlayan döyüşlər ötən gecə dayanıb. (apa)