Rusiyadan Avropaya qaz nəql edən “Şimal axını” borusunun fəaliyyəti dayandırılıb

“Şimal axını” qaz borusunun fəaliyyəti tamamilə dayandırılıb.

 Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” qaz borusunun yeganə işlək mühərrikinin sıradan çıxdığını və bununla da boru ilə qaz nəqlinin tamamilə dayandırıldığını bildirib.

Şirkətdən bildiriblər ki, nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib.

Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri, eləcə də “Türk axını” vasitəsilə daşınır.