“Baykar” şirkətinin indiyə kimi neçə PUA istehsal etdiyi açıqlanıb

İndiyə kimi 400-dən çox pilotsuz uçuş aparatı (PUA) istehsal etmişik. 

Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar "Haber Türk" televiziyasının aparıcısının "Bu günə qədər xaricə neçə “Bayraktar TB2” satılıb" sualına cavab verərkən deyib. 

Dəqiq say deməkdə çətinlik çəkdiyini bildirən S.Bayraktarın sözlərinə görə, “Baykar” şirkəti ildə 250 PUA istehsal etmək potensialına malikdir.