Kamçatkada Klyuçevskoy vulkanına qalxan 6 turist ölüb

Kamçatkada Klyuçevskoy vulkanına qalxan 6 turist ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Bildirilib ki, hadisə yerinə iki xilasedici qrupu cəlb olunub, onların sərəncamında dörd ədəd texnika var.

Bundan əvvəl bölgənin hakimiyyət orqanları, ilkin məlumatlara görə, beş nəfərin öldüyünü deyiblər.//Trend