Türkiyə Prezidenti Serbiyaya səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfərə gəlib.
Prezident Rəcəb Tayyib Ərdoğanı Belqrad Hava Limanında Serbiya Prezidenti Aleksandr Vuçiç və digər rəsmi şəxslər qarşılayıblar. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasiminin keçirilməsi və müxtəlif görüşlərdə iştirakı nəzərdə tutulur.