Təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir - VİDEO

Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.

Məlumata görə, ərazidəki 110 təsərrüfatdan 450 nəfər təxliyə edilib. Güclü küləyin təsirli olduğu bölgədə Adana, Antalya, Karaman və Konyadan gələn qruplar, təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir.

Yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500 canlı qüvvə cəlb olunub.