Kuba dünyada ən nadir timsah növlərindən birini xilas etmək üçün səylərini səfərbər edir

Kuba hökuməti və alimlər nəsli kəsilməkdə olan Kuba timsahının qorunub saxlanması uğrunda mübarizədə səylərini birləşdiriblər.

Kuba timsahı və ya mirvari timsah bu sürünənlərin ən yüksək dərəcədə inkişaf etmiş növüdür. Onlar öz yemlərini bir növ kollektiv şəkildə ovlamağı bacarır. Timsahın bu növünə Kuba Respublikasının Xuventud adasında rast gəlinir.

Nisbətən yaxın vaxtlarda Kuba timsahlarının sayı çox idi, lakin qiymətli dərisi və delikates sayılan ağ ətinə görə, habelə onların yaşadığı mühit insanların kənd təsərrüfatı ehtiyacları üçün dağıntıya məruz qaldığına görə onların sayı kəskin şəkildə azalıb. Bu gün Kuba timsahları qanunsuz ovlanma və iqlim dəyişmələri kimi təhlükələrlə üzləşir. Hazırda dünyada timsahların bu növünün cəmi 4 minə yaxın nümunəsi var.

Kubanın hakimiyyət orqanları tərəfindən onilliklər ərzində timsahların artırılması proqramı çərçivəsində yüzlərlə timsah öz yaşayış mühitinə qaytarılıb. Timsahların bu növünün ətinin satışına da hökumət tərəfindən ciddi nəzarət edilir. Restoranlarda yalnız fiziki qüsurları olan və ya genetik hibridlərdən olan timsahların ətindən xörək hazırlamağa icazə verilir. Lakin “qara bazar” bu məhdudiyyətlərdən yan keçməyi bacarır.

AZƏRTAC