ABŞ qış üçün qaz ehtiyatlarının artırılmasında Avropaya kömək edəcək

ABŞ Avropaya qış üçün təbii qaz tədarükünü qurmağa və enerji mənbələrini daha da şaxələndirməyə kömək etmək üçün müttəfiqləri ilə sıx əməkdaşlıq edəcək.

Bu vəd cümə günü jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tərəfindən verilib.

"Biz aylardır Avropa üçün təbii qaz alternativlərinin sayını artırmaq və təmiz enerji vasitəsilə Avropanın Rusiya enerjisinə tələbatını azaltmağa kömək etmək üçün çalışırıq. Bununla belə, nə edilməli olduğunu bilirik. Hələ görüləsi çox iş var və biz müttəfiqlərimizlə yaxından işləməyə davam edəcəyik, Avropada qaz ehtiyatlarının artırılması yollarını axtaracağıq və digər enerji mənbələrinin genişləndirilməsinə kömək edəcəyik”, - deyə ABŞ prezidentinin sözçüsü bildirib.

Trend